"Football-plus.az" xəbər verir ki, matçdan sonra Muxtar Respublika təmsilçisinin çalışdırıcısı Azər Bağırovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
"Maraqlı oyun oldu. Təki bir də belə hadisələr olmasın. Futbol adına hər şey var idi. Matçdan çox danışmaq istəmirəm. Rəqibi təbrik edirəm".
- Dünəndən bu günə kimi xeyli vaxt keçib. Nələr planlaşdırmışdız?
- Belə hallarda oynamaq çətindi. Çünki, dünən futbolçuların gücü 80 dəqiqədə bitdi. Onları kökləmək çox çətindi. Fiziki cəhətdən mümkün deyil.
- Dünən güclü külək başlayandan sonra oyunun dayandırılması üçün hakimə müraciət etdiniz?
- Xeyr. Fövqəladə halları özləri bilirlər. Amma bu tək hakimlərdən asılı deyil. AFFA nümayəndəsi var. Əslində dayandırmalı idilər. 60-cı dəqiqədən sonra güclü külək oldu. Dünən hadisə daha tez baş versəydi, orda isinən futbolçular olsaydı...
- Dünənki hadisədən sonra Ehtiram Quliyevə qarşı kampaniya başlayıb. Dirəyin aşması hadisəsini siz necə şərh edirsiz?
- Ehtiram müəllim Tovuz üçün bir brilyantdı. Dirəyin aşması, yağışın yağması Ehtiram Quliyevin günahı deyil. Hər şeyi öz adı ilə çağırmaq lazımdı. Nöqsan Ehtiram məüllimdə deyil. Bu gün o kişinin etdiyini Azərbaycan futbolunda son 10 ildə heç kim etməyib. Təşəkkür etmək lazımdı. Adam öz pulunu futbola xərcləyir.






