UEFA “Barselona”nı cəzalandıra bilər. Bu barədə “Die Welt” məlumat yayıb.
Almaniya nəşri “Barselona”nın Çempionlar Liqasından kənarlaşdırıla biləcəyini xəbər verib. Potensial sanksiyalara UEFA-nın maliyyə ilə bağlı reqlamentinin pozulması şərait yaradıb.
Qaydalara görə klublar xərcləri müvafiq gəlirlə kompensasiya etməlidi. Böyük məbləğdə borcu olan “Barselona”nın bu il üçün hesabatında televiziya və marketinq hüquqlarının satışından, eləcə də digər idman növləri üzrə əldə ediləcək yüz milyonlarla avro gəliri də sənədləşdirdiyi bildirilir.
Lakin bunlar UEFA-nın qiymətləndirməsinə təsir göstərmir. UEFA klubun maliyyə hesabatının çox qarışıq olmasından narazıdı.