UEFA “Barselona”nın şikayətini əsassız saydı

4.11.2023 20:13 197
Dünya futbolu
UEFA AÇ-2024-ün Serbiya - Monteneqro matçında (3:1) baş verən insidentlərlə bağlı ölçü götürüb. Serbiya Futbol Federasiyasına (SFF) cəza tətbiq edilib.

“Football-plus.az” xəbər verir ki, buna oktyabrın 17-də keçirilən oyunda meydan sahibi komandanın azarkeşlərinin davranışları səbəb olub. Serb fanatlar irqçi şüarlar səsləndirmiş, tribunalarda asayişi pozan hərəkətlərə əl atmışdılar. Bu səbəblərdən UEFA Serbiya yığmasına növbəti bir ev oyununu azarkeşsiz keçirmək cəzası verib. SFF 89250 avro məbləğində cərimə də edilib. Monteneqro Futbol Federasiyası isə qonaq azarkeşlərin iqrçi davranışlarına və stadiona zərər vurmasına görə cəzalandırılıb. Qərara əsasən, milli komandanın növbəti səfər matçında monteneqrolulara bilet satışı qadağan olunub, federasiya isə 20000 avro cərimələnib.

Yeri gəlmişkən, UEFA “Barselona”nın şikayətini əsassız sayıb. Təşkilat İspaniya klubunu 2022-ci ildə maliyyə hesabatlarında qaydaları pozduğuna görə 500 min avro cərimələmişdi.“Barselona”nın şikayətini əsassız sayan UEFA bu qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, UEFA-nın klubların maliyyə fəaliyyətinə nəzarət edən orqanı “Barselona”nı iyul ayında cərimələmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul