UEFA “Barselona”nın Çempionlar Liqasının növbəti mövsümündə iştirakına qadağa qoya bilər.
"Football-plus.az" “As” qəzetinin məlumatına əsasən xəbər verir ki, İspaniya prokurorluğu bu klubun 2001-2018-ci illər ərzində İspaniya Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq rəhbəri Enrikes Neqreyraya 7 milyon avrodan çox pul ödəməsi ilə bağlı ittiham irəli sürüb.
UEFA “Barselona”nın iştirakına görə turnirin nüfuzunun aşağı düşəcəyini hesab edərsə, komandanı Çempionlar Liqasından kənarlaşdıra bilər. “As”ın yazdığına görə, təşkilatın rəhbərliyi “Barselona”nın hakimlik işi ilə bağlı yekun hökm çıxarılana qədər klubun ÇL-də iştirakına bir mövsümlük qadağa qoymağı düşünür.
Yeri gəlmişkən, “Barselona” bu mövsüm artıq avrokuboklarda mübarizəni dayandırıb.