Bilindiyi kimi, dünən komandalar Xankəndiyə yollanıb. Oyunun aşkar favoriti “Qarabağ”dı. Lakin ordu klubu da iddialıdı. Baş məşqçi, futbolçular meydana məğlub olmaq üçün çıxacaqlarını dilə gətiriblər. Aşkar autsayderin düşərgəsində vəziyyət necədi?
Bu suallarla MOİK-in baş məşqçisi Qəzənfər Abbasova müraciət etdik. Mütəxəssis "football-plus.az"a açıqlamasında hər şeyin qaydasında olduğunu bildirdi:
“Şükür Allaha, yol çox rahat oldu. Xankəndidəyik. Bu, mənim Xankəndinə ilk səfərimdi. Təşkilatçılara minnətdarlığımı bildirirəm”.
Qəzənfər bəyin oyunla bağlı fikirləri isə belədi:
“Ciddi hazırlaşmışıq. Rəqibin gücünü bilirik. Buna görə daha məsuliyyətliyik. Görüşə tam heyətlə hazırıq. Zədəli və ya özünü yaxşı hiss etməyən oyunçumuz yoxdu. Nəticədən asılı olmayaraq, baxımlı futbol oynamaq üçün meydana çıxacağıq. Qələbə qazanmaq istəyirik”.
GÜNAY SÜLEYMANOVA






