• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barsa”nın böhranı davam edir, “Real” fərqi artırır – TURUN ŞƏRHİ

Dünya futbolu

20-12-2023, 23:0

La Liqada hesabat turunda “Atletiko” uduzdu, “Real” inamlı qələbə qazandı, “Barselona” isə heç-heçə etdi. Əzəli rəqiblər arasındakı xal fərqi artıq 7-yə bərabərdi. Hesabat turu məhsuldarlıq baxımından sevindirmədi. İki oyunda hesab açılmadı, daha iki oyunda cəmi 1 qol vuruldu.

"Football-plus.az" xəbər verir ki, “Real” “Vilyarreal”la ev oyununda heç bir çətinlik çəkmədi. “Sarılar” bu gün madridlilərə ciddi müqavimət göstərməyə qadir deyil. Dərhal təşəbbüsə yiyələnən madridlilər hissənin ortalarında Bellingemlə hesabı açdı. Ancaq Ançelottinin komandası bununla kifayətlənmədi və fasiləyə qədər Rodriqo də fərqləndi. Qonaqlar hücumda heç nə ilə yadda qalmadı. Marselinonun çalışdırdığı komanda oyunboyu Luninin qapısına cəmi üç zərbə vurdu. 2-ci hissənin əvvəlində gözlənilmədən belə zərbələrdən biri qolla nəticələndi və intriqa bərpa olundu. “Real”ın oyunçuları qola dərhal reaksiya verdi. Oyunun axarına tam nəzarət edən madridlilər Yorgenseni daha iki dəfə məyus etdi. Diasla Modriç fərqi darmadağın həddinə çatdırdı. “Sarılar”ın oyunla bağlı çətinliklərinə kadr problemləri də əlavə olundu. Baena ilə Jerar Moreno zədə üzündən vaxtından əvvəl meydanı tərk etdi. Madridlilər də ciddi problemlə üzləşdi. Alaba ilk yarının gedişində xaçabənzər bağlarını qıraraq uzun müddətə sıradan çıxdı.

Turun mərkəzi oyununda “Atletiko” “Atletiko” üzərində inamlı qələbə qazandı. Cəmi bir neçə gün əvvəl Simeonenin komandası “Latsio” ilə hesablaşaraq ÇL-in qrupunda 1-ci yeri tutmuşdu. Görünür, “hindular” həmin oyunda hədsiz çox güc sərt edib. Qonaqlar Bilbaodakı oyunda aşkar zəif təsir bağışladı. 2:0 hesabı meydanda yaşananları tam əks etdirmir. Yetərincə çox qol vəziyyəti yaradan “Atletik” böyükhesablı qələbə qazanmalıydı. “Hindular” fasiləyə qədər qapısını toxunulmaz saxlaya bildu. Bəzi epizodlarda Oblak onları xilas etdi, bəzilərində meydan sahiblərində dəqiqlik çatmadı. Niko və İnyaki Uilyamsların zərbələri qapı çatına tuş gəldi, Sanset penaltini qapının üstündən vurdu. Belə düşünmək olardı ki, qol vəziyyətlərini sağa-sola xərcləmək basklara baha başa gələcək. Ancaq rəqib fasilədə də oyunun axarından dərs çıxarmadı. 2-ci hissədə meydandakı mənzərə dəyişmədi, artıq 51-ci dəqiqədə meydan sahibləri hesabı açdı. Künc zərbəsinin ardından Quruseta yaxın məsafədən qapıya yol tapdı. Tezliklə Niko Uilyams uzaq “9-luğ”a effektli zərbə ilə “Atletik”in qələbəsini möhkəmlətdi. Sonda qonaqlar müəyyən imkanlar yaxalasalar da, təsəlli qolu da vura bilmədilər. Çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırab Bilbao klubu indi “Atletiko” ilə “Barselona”dan cəmi 2 xal geri qalır. Ernesto Valverdenin komandası “top-4”də yer almağa qadir olduğunu göstərdi.

Son oyunlarda “Jirona” ilə “Antverp”ə uduzan “Barselona” qələbə yoluna qayıda bilmədi. Hərçənd Xavinin komandasının “Mestalya”da 3 xal qazanmaq şansı var idi. “Valensiya”nın qonaqların hücumlarına hücumla cavab verməyə çalışmasına baxmayaraq, “Barsa” hər iki hissədə daha üstün təsir bağışladı. Fasiləyə qədər komandalar çoxlu qol imkanını boşa verdi. Meydan sahibləri artıq 2-ci dəqiqədə hesabı aça bilərdi, ancaq Penya Yaremçukun zərbəsinin qarşısını aldı. Qonaqların heyətində Levandovski ən fəallardan idi, Mamardaşvili onun üç zərbəsinin öhdəsindən gəldi. Pedri isə əlverişli vəziyyətdən topu qapının üstündən vurdu. Fasilədən sonra təzyiqi artıran “Barsa”, nəhayət, hesabı açdı. De Yonqun effektli ötürməsindən sonra Feliş fərqləndi. Feliş tezliklə dubl edə bilərdi, ardından Rafinya da imkanı qaçırdı. Və 70-ci dəqiqədə meydan sahibləri “Barsa”nı belə səxavətli davranışa görə cəzalandırdı – Gilyamon cərimə meydançasının xətti üzərindən sağ “9-luğ”u “nişan aldı”. Xavi Torreslə Yamalı oyuna qoşsa da, hesabı dəyişmək mümkün olmadı. “Valensiya” qələbəsiz oyunlar seriyasını bitirə bilməsə də, bu oyunu aktivinə yaza bilər.

Turnir cədvəlindəki iki qonşunun – “Real Sosyedad”la “Betis”in dueli qolsuz bitdi. Hərçənd meydan sahibləri qələbəyə çox yaxın idi. Basklar oyunun əksər bölümündə üstün təsir bağışladı, topa yaxşı nəzarət etdi, ancaq bitirici mərhələdə dəqiqlik çatmadı. Daha dəqiqi, top üç dəfə “Betis”in qapısından keçdi, ancaq hər dəfə ofsayd üzündən qol sayılmadı. Bundan başqa, “Real Sosyedad”ın oyunçuları iki dəfə qapı çatını silkələdi. “Betis” də bəzi anlarda çox təhlükəli hücumlar qururdu. Bir neçə real qol vəziyyəti boşa verildi. Yəni demək olmaz ki, 0:0 hesabı tam ədalətsizdi və ya “Real Sosyedad” qələbəyə layiq idi.

Turun qalan oyunlarına gəlinvə, evdə “Xetafe” önündə darmadağın olan “Sevilya”nın rəhbərliyi baş məşqçi Dieqo Alonsoya qapını göstərdi. Uruqvaylı mütəxəssis oktyabrın 10-dən bəri əndəlüslərə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında bütün turnirlərdə keçirdiyi 13 oyunun 2-də qələbə qazanıb, 5-də heç-heçə edib, 6-da uduzub.

“Osasuna” və “Selta” yeganə qolla qələbə qazandı, “Almeriya” – “Malyorka”, “Las-Palmas” – “Kadis” oyunlarında heç-heçə qeydə alındı. Dünən axşam keçirilən sonuncu oyunda “Jirona” qalib gəlib zirvəyə qayıtdı.

17-ci tur
Real – Vilyarreal 4:1
Bellingem, 25. Rodriqo, 37. Dias, 64. Modriç, 68 - Morales, 54. (70500)
Real: Lunin, Mendi (F.Qarsiya, 46), Alaba (Naço, 35), Rüdiger, Vaskes, Modriç, Kroos (Çuameni, 79), Bellingem (Sebalyos, 78), Valverde, Dias, Rodriqo.
Valensiya – Barselona 1:1
Gilyamon, 70 – Feliş, 55. (46492)
Barselona: Penya, Balde, Kunde, Arauxo, Kanselo, Pedri, De Yonq, Gündoğan (Yamal, 81), Feliş (Torres, 72), Rafinya, Levandovski.
Atletik – Atletiko 2:0
Quruseta, 51. N.Uilyams, 64. (48781)
Atletiko: Oblak, Lino, Ermoso, Vitsel, Söyüncü (Ximenes, 46), Molina (De Paul, 46), Saul (Depay, 59), Koke, Lyorente, Qrizmann (Korrea, 59), Morata (Aspilikueta, 67).
Osasuna – Rayo Valyekano 1:0
R.Qarsiya, 90+5. (18586)
Selta – Qranada 1:0
Strand Larsen, 20. (18027)
Sevilya – Xetafe 0:3
Mayoral, 5-p. Mata, 37. Qrinvud, 80-p. (30005)
Las-Palmas – Kadis 1:1
Pexinyo, 7 – Ramos, 83. (25275)
Almeriya – Malyorka 0:0
(11936)
Real Sosyedad – Betis 0:0
(33172)
Jirona – Alaves 3:0
Dovbik, 23; 59-p. Portu, 42.
1. Jirona 17 14 2 1 41-20 44
2. Real 17 13 3 1 38-11 42
3. Barselona 17 10 5 2 31-19 35
4. Atletiko 16 11 1 4 32-16 34
5. Atletik 17 9 5 3 33-19 32
6. Real Sosyedad 17 8 6 3 29-18 30
7. Betis 17 6 9 2 19-17 27
8. Las-Palmas 17 7 4 6 15-14 25
9. Xetafe 17 6 7 4 21-20 25
10. Valensiya 17 5 5 7 18-22 20
11. Rayo Valyekano 17 4 8 5 16-23 20
12. Osasuna 17 5 4 8 19-26 19
13. Alaves 17 4 4 9 14-23 16
14. Vilyarreal 17 4 4 9 23-33 16
15. Malyorka 17 2 9 6 14-20 15
16. Kadis 17 2 8 7 14-24 14
17. Sevilya 16 2 7 7 20-24 13
18. Selta 17 2 7 8 16-25 13
19. Qranada 17 1 5 11 20-37 8
20. Almeriya 17 0 5 12 17-39 5
Bombardirlər: Bellingem (Real) - 12, Mayoral (Xetafe) – 10, Qrizmann (Atletiko) - 9.
Növbəti turun oyunları dekabrın 19-21-i aralığında keçiriləcək: Rayo Valyekano – Valensiya, Atletiko – Xetafe, Qranada – Sevilya, Barselona – Almeriya, Atletik – Las-Palmas, Vilyarreal – Selta, Betis – Jirona, Kadis – Real Sosyedad, Alaves – Real, Malyorka – Osasuna.

Turun rəqəmi
13 – La Liqanın cari mövsümündə 15-ci oyuna çıxan Bellingem qol sayını bu həddə çatdırdı. Kriştiano Ronaldo da 2009-cu ildə ilk 13 qolu 15 oyunda vurmuşdu. 21-ci əsrdə yalnız Levanvovski 13 qol həddinə daha tez çatıb – “Barsa”nın polşalı forvardı 2022/23 mövsümündə 12 oyunda bu qədər qol vurub.

Turun ulduzu
Luka Modriç (Real) – Bellingem, Dias, Rodriqo da turun ulduzu ola bilərdi, ancaq biz xorvatiyalını seçdik. Əfsanəvi futbolçu Bellingemə gözəl məhsuldar ötürmə verdi, 2-ci hissədə isə özü fərqləndi. Yeri gəlmişkən, bu, onun cari mövsümdəki ilk qolu idi.

Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Təəssüf ki, belə alındı, çox məyusuq – daha bir oyunçumuz sıradan çıxdı. Karyeram boyunca heç vaxt bir neçə ay ərzində üç xaçabənzər bağ zədəsi görməmişəm (Alabaya qədər Kurtua ilə Militao da eyni səbəbdən sıradan çıxıb – red.). Bütün bu problemlərə baxmayaraq, komandam yaxşı çıxış edir. Yaxın günlərdə Alabanı əvəz etmək planında nə edə biləcəyimizə baxacağıq”.

Faktlar
* “Atletiko” 2021-in dekabrından bəri ilk dəfə səfərdə ardıcıl 3-cü oyunda uduzdu. Simeonenin dönəmində komanda 2012-nin aprelində də belə aqibətlə üzləşib.
* “Real” bütün turnirlər çərçivəsində son 16 oyunda uduzmayıb. Komanda bu müddətdə 13 qələbə qazanıb, 3 dəfə heç-heçə edib. Mövsümdə yeganə məğlubiyyət sentyabrın 24-də keçirilən “Atletiko” ilə oyuna (1:3) təsadüf edib.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Dəfələrlə rəqibi bağışlayanda futbolda belə şeylər olur. Çox yaxşı oynadıq, qələbə üçün zəruri olan hər şeyi etdik. Rəqibin cərimə meydançasında daha yaxşı oynamalıydıq. Düşünürəm ki, 2 xal bitirdik. 1 xal bizi razı sala bilməz. Məyusam, düşünürəm ki, bu oyunda qalib gəlməliydik. Mükəmməlləşməliyik. Qol vəziyyətlərini reallaşdırmaq baxımından Avropanın ən pis komandalarından biriyik”.
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “Rəqib oyunun əvvəlindən sonuna qədər yaxşı oynadı. Son 15 dəqiqədə mübarizə aparmağa çalışdıq. Planlaşdırdığımız oyunu göstərə bilmədik. Ancaq bilirəm ki, futbolçular meydanda əlindən gələni etdi, onları günahlandırmağa dəyməz. Səfərdə öz meydanımızdakı qədər yaxşı oynamırıq, bu planda “artırmağa” çalışmalıyıq. Çempionatda sabit nəticə göstərmək üçün səfərdə də qələbə qazanmaq lazımdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Dünya futbolu

3-05-2023, 20:0

İlk “4-lük” inamlı qələbə qazandı, “Valensiya” yenə təhlükəli zonadadı

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Dünya futbolu

8-11-2023, 16:0

Madrid nəhəngləri büdrədi, “Jirona” yenə zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 167
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə