• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İlk “4-lük” inamlı qələbə qazandı, “Valensiya” yenə təhlükəli zonadadı

Dünya futbolu

3-05-2023, 20:0

La Liqada hesabat turu liderlərin inamlı qələbəsi ilə yadda qaldı.

Əbədi rəqiblər – “Real”la “Barselona” hərəyə 4 qol vurdusa, “Atletiko” 5-də dayandı, bunlara baxanda “Real Sosyedad” “Osasuna”nı 2:0 hesabıyla məğlub etməklə təvazökar davrandı. Elitada qalmaq uğrunda da gərgin mübarizə gedir. “Kadis” 6 xallıq oyunda “Valensiya”nı məğlub etməklə turnir vəziyyətini bir qədər yaxşılaşdırdı, əvəzində “yarasalar” təhlükəli zonadadı.

“Barselona” ötən turdakı məğlubiyyətin günahını yudu. “Göy-narıncılar” “Betis”lə ev oyununda heç bir problem yaşamadı. Lider erkən qol vurdu – Rafinyanın ötürməsini Kristensen baş zərbəsi ilə tamamladı. Bundan sonra oyun daha sakit xarakter aldı, hər iki qapının önündə təhlükəli vəziyyətlər yarandı, ancaq 33-cü dəqiqədə Serro Qrande Qonsalesi 2-cı “sarı” ilə qovmaqla oyunun axarının dəyişməsinə səbəbkar oldu. “Barsa” say üstünlüyündən tezliklə yararlandı – üç dəqiqə aralığında Levandovski və Rafinya iki qol vurdu. Faktiki 2-ci hissə formallığa çevrildi. Kataloniyalılar fasilədən sonra tempi aşağı salsalar da, “qənaət” rejimi ilə də çoxlu qol imkanı yaratdılar. Ancaq imkanlar boşa verildi, xüsusən də Levandovski “səxavətli” idi. Hər halda, “Barsa” sona yaxın 4-cü qolu vura bildi. Fatinin asmasından sonra Rodriges topu öz qapısına göndərdi. Ardından Xavi meydana 15 yaşlı Yamalı buraxdı. Yeniyetmə vinger həm özü fərqlənə, həm də Dembeleyə məhsuldar ötürmə verə bilərdi. Qələbə liderlə “Real” arasındakı xal fərqini 11-də saxladı. Çempionluq artıq zaman məsələsidi.
“Real” da “Jirona”dan aldığı sensasiyalı məğlubiyyəti azarkeşlərinə unutdurdu, ancaq madridlilərin müdafiə xəttində yenə işlər qaydasında deyildi. Düzdü, bu məqam oyunda intriqa doğurmadı – artıq fasiləyə qədər “daşlar yerinə oturdu”. 17-ci dəqiqədə qədər Benzema iki qol vurdu. Əvvəlcə Vinisiusun, ardından Rodriqonun ötürməsindən sonra. “Qızıl top”un son qalibi hissənin sonunda Vaskesin qazandığı penaltini də qola çevirməklə het-trikini rəsmiləşdirdi. Düzdü, qonaqlar da fasiləyə qədər fərqləndi. Lazaro müdafiəçilərin müqaviməti ilə üzləşmədən bir neçə metrlikdən Kurtuanın qapısına yol tapdı. 2-ci hissə başlayan kimi Rodriqo cərimə meydançası xaricindən topu sağ “9-luğ”a göndərdi. Ancaq tablodakı böyük hesab yenə uzun müddət qalmadı. Qeyri-dəqiq ötürmə verən Kroos Robertonenin fərqi azaltmasına səbəbkar oldu. Düzdü, madridlilər 5-ci qolu vurmağa yaxın idi. Rodriqonun qolu, qonaqların qapısına təyin olunan penalti ləğv olundu, lap sonda qapı çatı “Almeriya”nın köməyinə çatdı. Bu komanda səhvlərdən nəticə çıxarmasa, növbəti mövsümə aşağı dəstədə başlayacaq.

Əsas rəqiblərindən fərqli “Atletiko” səfərə yollanmışdı. 2-ci yerdən əlini üzməyən “hindular” “Valyadolid”lə oyuna fırtına kimi başladı. 38-ci dəqiqədə hesab artıq 0:3 idi. Amma hissənin sonunda fərqi azaldan meydan sahibləri 74-cü dəqiqədə daha bir qolla intriqanı bərpa etdi. “Atletiko” sensasiyaya imkan vermədi. 86-cı dəqiqədə Fernandes “qapıların yerini səhv saldı”, 3-cü uzatma dəqiqəsində isə Depay oyunda son nöqtəni qoydu.

“Real Sosyedad” da 4-cü yeri, yəni həm də ÇL-ə vəsiqəni əldən vermək fikrində deyil. Hesabat turunda “Osasuna”nın qonağı olan basklar erkən qol vurdu və bundan sonra daha çox hesabı qorumaq haqda düşündü. Kubo 90-cı dəqiqədə 2-ci qolu vurmaqla qalibin kimliyinə şübhə yeri qoymadı.
Həftəortası “Vilyarreal”ın “Espanyol” üzərində qələbəsinə qolla töhfə verən Cekson “Selta” ilə oyunun da qəhrəmanlarından oldu. Onun ilk 12 dəqiqə vurduğu iki qoldan sonra ayılan qalisiyalılar 29-cu dəqiqədə fərqi azaltdı. Qonaqların baş məşqçisi Karluş Karvalyal 63-cü dəqiqədə üçlü dəyişikliyə əl atmalq məğlubiyyətdən qaçmaq niyyətində olduğunu göstərdi. Ancaq qol “sarılar”ın yox, “Selta”nın qapısına vuruldu. Terrats 70-ci dəqiqədə iki top fərqini bərpa etdi.

Turun qalan oyunlarına gəlincə, “Espanyol” “Xetafe”ni məğlub etməklə son ana qədər elitada yerini qorumağa çalışacağını göstərdi. “Kadis” – “Valensiya” oyununa girişdə toxunduq. “Rayo Valyekano”dan isə heç baş açmaq olmur. Ötən tur “Barsa”nı məğlub edən bir komandanın aşkar autsayder “Elçe”yə 0:4 hesabıyla uduzmasına izah tapmaq çətindi.

Turun rəqəmi
236 – Benzema het-trik sayəsində İspaniya çempionatında qol sayını bu həddə çatdırmaqla Uqo Sançesi (234) arxada qoydu. Bu liqanın bombardirləri siyahısında liderlik Messiyə (474) məxsusdu. K.Ronaldo 311 qolla 2-ci, Sarra isə 252 qolla 3-cü pillədə qərarlaşıb.

Turun ulduzu
Rafinya (Barselona) – braziliyalı gözəl oynadı, qol və məhsuldar ötürmə ilə yadda qaldı. Kristensen onun ötürməsindən sonra fərqləndi, hissənin sonunda isə Rafinya Busketsin ötürməsindən yararlandı. Əlbəttə, Benzemanın het-trikini də unutmuruq. Sadəcə, “Real”ın rəqibi aşkar autsayder “Almeriya” idi.

Faktlar
* “Barselona” La Liqada “quru” oyunların sayına görə ötən əsrdə müəyyənləşdirdiyi öz rekordunu təkrarladı. Bu mövsüm 24-cü dəfə qapısını toxunulmaz saxlayan Kataloniya nəhəngi 1986/87 mövsümündə də bunu bacarmışdı. La Liqada “quru” oyunların sayına görə rekord isə “Deportivo”ya məxsusdu. La-Korunya klubu 1993/94 mövsümündə 38 oyunun 26-da qol buraxmayıb.
* Cari mövsümdə 24-cü “quru” oyununu keçirən Ter Ştegen “Barselona” tarixinin rekordçusu oldu. Əvvəlki rekord 2014/15 mövsümündə 23 oyunda qapısını toxunulmaz saxlayan Klaudio Bravoya məxsus idi.
* Lamin Yamal “Barselona”nın La Liqa tarixindəki ən gənc debütantıdı. 83-cü dəqiqədə meydana çıxan vinger 15 yaş 290 günlük idi. La Liqada ümumilikdə yalnız 4 futbolçu meydana bundan da gənc yaşda çıxıb. Rekordçu 2019/20 mövsümündə “Malyorka”nın heyətində 15 yaş 219 günlüyündə debüt edən Luka Romerodu. “Barsa”nın tarixində bütün turnirlər nəzərə alınmaqla ən gənc debütant isə Paulino Alkantaradı (1912-ci ildə 15 yaş 4 ay 18 günlüyündə meydana çıxıb).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Dünya futbolu

20-01-2023, 17:0

1/4 finalda Madrid derbisi

Dünya futbolu

15-08-2022, 09:0

"Real" La Liqaya qələbə ilə start verdi

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə