• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 20:0

“Barselona”nın ardıcıl iki “quru” heç-heçəsi və “Real”la fərq artıq 11-ə enib.

“Football-plus.az” xəbər verir ki, düzdü, bu da çoxdu, amma 11 hara, 15 hara! “Atletiko”nun da qələbələri sıraladığını nəzərə alsaq, ilk “3-lük” heç bir halda pozulmayacaq. ÇL-ə vəsiqə verən 4-cü yerə gəlincə, “Real Sosyedad”la “Vilyarreal” ağır zərbə aldı, “Betis” isə qələbə qazandı.

Kubok oyununu da götürsək, “Barsa” artıq 6 hissədi qol vura bilmir. Kataloniyalıların oyunu qətiyyən xoşagələn deyil, Dembele ilə Pedrinin yoxluğunda komanda ideyasızlıqdan, improvizasiya sarıdan əziyyət çəkir. Uzaqbaşı Alba faydalı hərəkətlərlə oyuna rəng qatır. Qonaqlar hesabat turunun oyununda “çərçivə”yə düşə bilmirdi, top ya qapıdan aralı keçir, ya dirəyə dəyir, ya da Soriya “Xetafe”ni xilas edirdi. Aydın məsələdi ki, meydan sahibləri Ter Ştegenin qapısı önündə tez-tez görünmürdülər. Floresin komandasını təbrik etmək olar. “Göy-qırmızılar”ın isə xal fərqinə görə bəxti gətirib. “Real”la xal fərqi 5-6 olsaydı, onlar belə oyunla 1-ci yeri çoxdan əldən verərdi. Üstəlik “Barsa” avrokuboklarda da yoxdu. Elitada qalmaq istəyən “Xetafe”nin hədsiz motivasiyalı oyunu fonunda belə “Barsa”nın ardıcıl üç oyunda qol vura bilməməsinə bəraət qazandırmaq çətindi.

“Kadis” növbəti dəfə “Real”a müəyyən problemlər yaratdı. Madridlilərin 72-ci dəqiqəyə qədər qol vura bilməməsinin səbəbkarı qapıda möcüzələr yaradan Xildi. O, “çərçivə”yə yönələn bütün zərbələri çıxarırdı. Nəhayət, 72-ci dəqiqədə Naço hesabı açdı. Maraqlıdı ki, cəmi iki dəqiqə əvvəl “Kadis”in heyətində onun kiçik qardaşı Aleks Fernandes meydana çıxmışdı. 4 dəqiqə sonra Asensio fərqi artırdı. Hər iki qol qapının sol “6-lığ”ına vuruldu. Yuxarıda adı çəkilən Aleks isə daim səhvə yol verirdi. Yəqin ki, “Real”ın haqlı qələbə qazandığını demək olar, axı qonaqlar oyunboyu üstün idi.

“Atletiko” elitada yerini qorumaq istəyən “Almeriya” ilə oyunda qələbə qazandı. Oyun başlayan kimi Qrizmann hesabı açdı və “hindular” sakitləşdi. 37-ci dəqiqədə karyerasının əvvəlində üç ili məhz Madrid klubunda keçirən Baptistaonun zərbəsindən sonra Ximenesə dəyən top Oblakın başı üzərindən tora daxil oldu. Bu oyunda komandası üçün fədakarlıq edən əsas fiqur Qrizmann idi. Məhz o, 44-cü dəqiqədə ofsayd tələsindən qurtulub “hindular”ı 2-ci dəfə önə çıxardı. Meydan sahibləri 2-ci hissədə daha çox hesabı qorumaq üçün oynadı.

“Atletik” – “Real Sosyedad” oyunu avrokuboklara vəsiqə uğrunda mübarizə aparan hər iki komanda üçün vacib idi. Və bu oyunun taleyini İnyaki Uilyams dublla həll etdi. 33-cü dəqiqədə hesabda geri düşən qonaqlar dərhal hücuma atıldı. Amma bu hücumlar son mərhələdə qırılırdı. İnyaki 70-ci dəqiqədə 2-ci qolu vurandan sonra “Real Sosyedad”ın geridönüş etməsi mümkünsüz idi.

“Betis” – “Espanyol” oyunu, gözlənildiyi kimi, meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. “Ağ-yaşıllar” fasiləyə qədər iki qol vurdu. 48-ci dəqiqədə Montes qonaqları ümidləndirsə də, oyunu yüksək səviyyədə keçirən Karvalyo 69-cu dəqiqədə qalibin kimliyinə aydınlıq gətirdi.

Turun ən böyük sürprizlərindən biri “Vilyarreal”ın evdə autsayderlərdən “Valyadolid”ə uduzmasıdı. Qalan nəticələrə gəlincə, “Osasuna”nı məğlub edən “Rayo Valyekano” avrokubok şansını qoruyur. Hesabat turunda inamlı qələbə qazanan “Jirona” da bu mənada “silahı yerə qoymayıb”. Altıqat ölkə çempionu “Valensiya”nın azarkeşləri isə artıq həyəcan içindədi. Hər ötən tur bu komandanı aşağı dəstəyə yaxınlaşdırır. “Yarasalar” evdə “Sevilya”ya uduzmaqla vəziyyətini bir qədər də çətinləşdirdi.
Turun rəqəmi

13 – “Atletiko” La Liqada məğlubiyyətsiz oyunlar seriyasını bu həddə çatdırdı. Yanvarın 15-dən bəri yalnız üç oyunda heç-heçə edən Madrid klubu ardıcıl 6-cl qələbəsini qazandı. “Hindular” sonuncu dəfə fevralın 25-də keçirilən “Real”la oyunda xal itirib (1:1).

Turun ulduzu

Ayose Peres (Betis) – komandasının ÇL-ə vəsiqə uğrunda mübarizəni davam etdirməsinə imkan verən qələbənin memarı oldu. 27-ci dəqiqədə hesabı açdı, 34-cü dəqiqədə isə Mirandaya məhsuldar ötürmə verdi. Cari mövsümdə nadir hallarda şans qazanan təcrübəli hücumçu bu dəfə imkandan əla yararlandı.

Fakt

“Barselona” apreldə son 15 ildəki ən aşağı məhsuldarlığı göstərir. Xavinin komandası son üç oyunda kubokda “Real”a uduzub (0:4), çempionatda “Jirona” (0:0) və “Xetafe” (0:0) ilə heç-heçə edib. “Blauqrana” sonuncu dəfə 2008-in aprelində üç “quru” oyunluq seriya ilə üzləşmişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Dünya futbolu

22-02-2023, 16:0

“Barselona” “Deportivo”nun rekordunu yenilədi

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Aktual
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
“Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
Son xəbərlər
  • Bu gün, 18:00
    Yenidən Fransada işləyəcək
  • Bu gün, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 16:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Bu gün, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Bu gün, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Bu gün, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Bu gün, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Bu gün, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Bu gün, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Bu gün, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Bu gün, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Bu gün, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Bu gün, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
  • Bu gün, 10:31
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 10:00
    Mbappe rekordlardan doymur
  • Bu gün, 09:40
    Yarımfinal: Fransa - Ispaniya, Ingiltərə - Argentina
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 138
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə