• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Dünya futbolu

14-03-2023, 19:0

Artıq “Barselona” ilə “Real”ın çempionluq uğrunda mübarizəsinə hansısa komandanın müdaxilə etməsi real görünmür.

"Football-plus.az" xəbər verir ki, ÇL-ə qalan iki vəsiqə uğrunda intriqa da sona qədər yaşayacaq. İlk “4-lük”də yer almağa iddialı “Real Sosyedad”, “Betis” və “Vilyarreal” müntəzəm xal itirir. Elitada qalmaq uğrunda mübarizəyə gəlincə, “Elçe” taleyi ilə barışıb, aralarında “Sevilya” ilə “Valensiya” da olmaqla bir neçə komanda təhlükəli zonadadı.

“Atletik” üzərindəki səfər qələbəsi “Barsa”ya çətin, çox çətin başa gəldi. İlk yarı gərgin mübarizə şəraitində keçsə də, qol vəziyyətləri sarıdan kasad idi. Hər halda, kataloniyalılar hissənin sonunda fərqlənə bildi. Busketsin ötürməsini Rafinya boşa vermədi. “Barsa” 2-ci hissənin müəyyən bölümündə oyunun axarına nəzarət etsə də, tədricən bu fikrə düşdü ki, minimal üstünlüyü qorumağa çalışmaq daha yaxşı yoldu. Axı komanda cari mövsümdə dəfələrlə bunu bacarıb. Bu taktikanı seçən kataloniyalılar həm də rəqibi əks-hücumda “tutmaq” istəyirdilər. Bununla belə, sonra lider öz qapısına doğru sıxılmalı oldu. Hətta 87-ci dəqiqədə basklar Ter Ştegenin qapısına yol tapdılar. Sadəcə, VAR vəziyyətə müdaxilə edərək İnyaki Uilyamsın qolundan bir qədər əvvəl Munyainin De Yonqla mübarizədə əllə oynadığını göstərdi ki, bu epizod dərhal İspaniyada geniş müzakirə doğurdu. “Barsa” bu qələbə sayəsində “Real”la xal fərqini 9-da saxladı.

Madridlilər hesabat turunda əzmkar qələbə qazandı. “Espanyol”un gözəl əks-hücum sonunda vurduğu erkən qol oyunun sonrakı axarına təsir etdi. Qonaqlar qoldan sonra tam müdafiəyə qapandı ki, bu da bəhrə vermədi. Rəqibi “mühasirəyə almaq” və təhlükəli vəziyyətləri sıralamaq üçün “Real”a o qədər də çox vaxt lazım olmadı. Artıq hissənin ortalarında hesab bərabərləşdi. Komandanın ən parlaq futbolçularından biri Vinisius keçidini uzaq küncə zərbə ilə bitirdi. “Real” tempi aşağı salmadı, əksinə, təzyiqi bir qədər də gücləndirdi. Fasiləyə yaxın Militao meydan sahiblərini irəli çıxardı. Bundan sonra “Real”ın qələbəsinə şübhə edənlərin sayı azaldı. Madridlilər 2-ci hissədə fərqi artırmağa borclu idi. Ancaq onlar bunu etmədi və “Espanyol” sonda hesabı bərabərləşdirmək ümidi ilə irəli atıldı. Belədə Ançelottinin komandası 3-cü qolu da vurdu.

Bir müddət əvvələ qədər ÇL-ə vəsiqəyə yetərincə yaxın görünən “Real Sosyedad” artıq uğursuzluq zolağındadı. San-Sebastyan klubu ardıcıl 4-cü oyunda qələbəyə həsrət qaldı. Baxmayaraq ki, artıq 3-cü dəqiqədə Fernandes qonaqları irəli çıxardı. Onlar fasiləyə qədər daha iki qol vura bilərdi. “Malyorka” rəqibin “dişsizliyini” görüb həvəsləndi və Li Kan İn 2-ci hissə başlayan kimi hesabı bərabərləşdirdi. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunda başqa qol olmadı

“Vilyarreal” – “Betis” oyunu “mərkəzi” təyini ilə ifadə oluna bilərdi. Axı hər iki komanda ÇL-ə vəsiqəyə iddialıdı. “Sarı sualtı qayıq” yüzilliyini qələbə ilə qeyd edə bilmədi. Hesabı 38-ci dəqiqədə Reynanın kobud səhvindən yararlanan İqlesias açdı. “Yubilyar” 2-ci hissənin əvvəlində bu qolun əvəzini çıxa bldi. Terratsın asmasını Pino tamamladı. Səfər 1:1-i “Vilyarreal”dan daha çox “Betis”ə sərf etdi.
Turun qalan oyunları ilə bağlı da maraqlı məqamlar var. “Kadis” – “Xetafe” oyununda qonaqlardan Enes Ünal bərabərlik qolunu 90+16-cı (!) dəqiqədə vurdu. Halbuki “Kadis” qələbə təqdirində üç pillə irəliləyəcəkdi. “Elçe” üçün cari mövsüm artıq bitib. Bu üzdən “Valyadolid”in qapısına 90+6-cı dəqiqədə vurulan bərabərlik qolu uzağı azarkeşlərin könlünü oxşaya bilər, hansısa turnir hədəflərindən söhbət getmir.

Turdakı yeganə böyükhesablı qələbə “Selta”nın hesabındadı. Viqolular “Rayo Valyekano”nu darmadağın etdi. Bu nəticə çempionatdakı son 5 oyunda qələbəyə həsrət qalan “Rayo”nun avrokuboklar iddiasına zərbədi. Son 11 oyunda 2-ci qələbəsini “Osasuna” üzərində qazanan “Valensiya” hələ də təhlükəli zonadan uzaqlaşa bilmir. “Yarasalar”la müqayisədə “Sevilya” daha yaxşı durumdadı. Xorxa Sampolinin komandası cari mövsümdə ilk dəfə əzmkar qələbə qazandı. Lamelanın qələbə topu “Sevilya”nın turnir cədvəlində birdən-birə 4 pillə irəliləməsinə şərait yaratdı.

Faktlar
* Cari mövsümdə 19-cu qolunu vuran Vinisius “böyük beşlik” ölkələrində çıxış edən braziliyalılar arasında bu göstəricidə liderdi. O, PSJ-nin hücumçusu Neymarı (18) arxada qoydu.
* “Barselona” 9-cu dəfə 1:0 hesabıyla qələbə qazanmaqla klub rekordu müəyyənləşdirdi. Bu göstəricidə La Liqa rekordu 11 oyuna bərabərdi.
* “Barsa” 25 turdan sonra yalnız 8 qol buraxıb ki, bu da La Liqanın yeni rekordudu. Əvvəlki rekord “Atletiko” ilə “Deportivo”ya məxsus idi. Madrid klubu 1990/91, La-Korunya klubu isə 1993/94 mövsümündə 25 oyunda 10 qol buraxıb.***

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-01-2023, 17:0

1/4 finalda Madrid derbisi

Dünya futbolu

22-08-2022, 09:0

"Barselona"dan darmadağın, "Atletiko" uduzdu

Dünya futbolu

22-02-2023, 16:0

“Barselona” “Deportivo”nun rekordunu yenilədi

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Daha çox
Oxunub: 397
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 186
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə