• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərədə 30 ilə 20 dəfəlik artım - Beyl premyer-liqanın mütləq rekordçusudu

Dünya futbolu

18-12-2023, 22:0

İngiltərə premyer-liqasında son 30 ildə ən ödənişli futbolçuların maaşı 20 dəfə artıb.

“Football-plus.az” xəbər verir ki, əsası 1992-ci ildə qoyulan liqada mövsüm üzrə ən yüksək məvacib alan oyunçuların sayı isə 19-a bərabərdi.

1992/93 mövsümündə bu planda 1-ci yeri Con Barns tutub. Yarımmüdafiəçinin “Liverpul”dakı həftəlik məvacibi 10 min funt sterlinq olub. “Yerqazan” ləqəbli Yamaykaəsilli ingilis futbolçu ardıcıl iki mövsüm liderlik edib. 1994/95 mövsümündə Erik Kantona birinciliyi ələ keçirib. Fransalı hücumçunun “Mançester Yunayted”də aldığı həftəlik məvacib 18 min idi. İllər ötdükcə futbolçuların əmək haqqısının artması təbiidi. Diqqəti daha çox cəlb edən ilk fakt ardıcıl 4 mövsüm hamıdan çox maaş alan Roy Kin ilə bağlıdı. İrlandiyalı yarımmüdafiəçi “Mançester Yunayted”də bu müddətdə 52 mindən 94 minə qədər artıma nail olub. Premyer-liqa tarixində həftəyə 100 min funt sterlinq maaş alan ilk oyunçu 2005/06 mövsümündə Stiven Cerrard (Liverpul) olub.
Karlos Tevesin göstəriciləri də diqqəti cəlb edir. Argentinalı hücumçu 2009/10 mövsümündən başlayaraq ardıcıl 4 mövsüm zirvədə olub. O, bu müddətdə “Mançester Siti”də həftəyə 250 min funt sterlinq qazanıb. Karlos 1-ci yerdə göründüyü mövsümlərin sayına əsasən Kinin rekordunu təkrarlayıb. Maraqlıdı ki, estafeti ondan qəbul edən Ueyn Runi də ardıcıl 4 mövsüm bütün həmkarlarını arxada qoyub. İngilis hücumçu “Mançester Yunayted”də 2013-17-ci illərdə həftəyə 300 min qazanıb. Sonrakı iki ildə Aleksis Sançes birinci olub. Çilili hücumçu əvvəlcə “Arsenal”da, sonra isə MY-də eyni məvacibi – 350 min funt sterlinq alıb. Premyer-liqada mütləq rekord isə Qaret Beylə məxsusdu. Uelsli futbolçu 2020/21 mövsümündə 560 minlik qazancla birinci olub. Bu rekord indiyədək dəyişməyib. Amma onu da qeyd edək ki, Beyl həmin mövsümü “Tottenhem”də icarə qaydası ilə keçirib. Onun məvacibinin yarıdan çoxunu isə müqavilə ilə bağlı olduğu “Real” ödəyib.

Son illər ən yüksək maaş alanlar sırasına Kriştiano Ronaldo da düşüb. Portuqaliyalı hücumçu ikinci dəfə sıralarına qoşulduğu “Mançester Yunayted”də həftəyə 480 min irəli düşüb. Hazırda premyer-liqada ən yüksək məvacib alan oyunçu isə Kevin de Bruynedi. Belçikalı yarımmüdafiəçinin “Mançester Siti”dəki həftəlik maaşı 400 min funt sterlinqdi.

Mövsümlər üzrə ən çox maaş alan oyunçular
mövsüm oyunçu klub maaş
1992/93 Con Barns Liverpul 10000
1993/94 Con Barns Liverpul 10000
1994/95 Erik Kantona Mançester Yunayted 18000
1995/96 Dennis Berqkamp Arsenal 25000
1996/97 Fabritsio Ravanelli Midlsbro 42000
1997/98 Alan Şirer Nyukasl 34000
1998/99 Alan Şirer Nyukasl 34000
1999/2000 Roy Kin Mançester Yunayted 52000
2000/01 Roy Kin Mançester Yunayted 52000
2001/02 Roy Kin Mançester Yunayted 90000
2002/03 Roy Kin Mançester Yunayted 94000
2003/04 Ernan Krespo Çelsi 94000
2004/05 Frenk Lempard Çelsi 98000
2005/06 Stiven Cerrard Liverpul 100000
2006/07 Andrey Şevçenko Çelsi 118000
2007/08 Con Terri Çelsi 135000
2008/09 Robinyo Mançester Siti 160000
2009/10 Karlos Teves Mançester Siti 250000
2010/11 Karlos Teves Mançester Siti 250000
2011/12 Karlos Teves Mançester Siti 250000
2012/13 Karlos Teves Mançester Siti 250000
2013/14 Ueyn Runi Mançester Yunayted 300000
2014/15 Ueyn Runi Mançester Yunayted 300000
2015/16 Ueyn Runi Mançester Yunayted 300000
2016/17 Ueyn Runi Mançester Yunayted 300000
2017/18 Aleksis Sançes Arsenal 350000
2018/19 Aleksis Sançes Mançester Yunayted 350000
2019/20 David De Xea Mançester Yunayted 375000
2020/21 Qaret Beyl Tottenhem 560000
2021/22 Kriştiano Ronaldo Mançester Yunayted 480000
2022/23 Kevin de Bruyne Mançester Siti 400000
2023/24 Kevin de Bruyne Mançester Siti 400000

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-07-2022, 20:0

Sterlinq premyer-liqada 3-cü yerə yüksələcək

Dünya futbolu

29-09-2022, 14:0

Premyer-liqada 2 milyard 526 milyon avroluq qazanc - SİYAHI

Dünya futbolu

3-04-2022, 11:0

İngiltərədə agentlər daha çox hansı klubdan qazanıblar?

Dünya futbolu

27-01-2023, 19:0

“Çelsi”dən İngiltərədə transfer rekordu - ARAŞDIRMA

Dünya futbolu

2-06-2023, 21:0

“Mançester Siti”də rekord qazanc

Aktual
“Şəfa” təcrübəli futbolçuları yola saldı – “Bizi qane etmədilər”
Məşhur jurnal PFL-in prezidenti haqda yazdı - Elxan Səmədovdan açıqlamalar
Letiçin iddialarına “Sabah”dan reaksiya – “klub futbolçu qarşısındakı bütün öhdəliklərini yerinə yetirib”
“Aynraxt”ın son dəqiqə kompleksi var! - Qurban Qurbanovun nəzərinə
“Traktor”un məşhur futbolçusu da öldürüldü! – İran qan gölündə üzür
“Bir neçə il də futbol oynaya bilərdi” – Qurban Qurbanov Qaranın milliyə təyinatından danışdı
Son xəbərlər
  • Bu gün, 13:25
    ''Beşiktaş''ın forvardı vətəninə qayıda bilər
  • Bu gün, 12:54
    “Şəfa” təcrübəli futbolçuları yola saldı – “Bizi qane etmədilər”
  • Bu gün, 12:36
    ''Beşiktaş''da oynamaq istəməyən ulduza rəsmi təklif gəldi
  • Bu gün, 12:15
    Fərid millinin heyətindən çıxarıldı
  • Bu gün, 11:54
    "Zirə" Ukrayna və Çexiya klubları ilə üz-üzə
  • Bu gün, 11:32
    "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək
  • Bu gün, 11:11
    "Qarabağ"la "Zirə" gerilədi, "Sabah" irəlilədi
  • Bu gün, 10:52
    Məşhur jurnal PFL-in prezidenti haqda yazdı - Elxan Səmədovdan açıqlamalar
  • Bu gün, 10:31
    "Neftçi" Çin komandasına qarşı
  • Bu gün, 10:00
    Letiçin iddialarına “Sabah”dan reaksiya – “klub futbolçu qarşısındakı bütün öhdəliklərini yerinə yetirib”
  • Bu gün, 00:46
    Füzuli Məmmədovla Araz Abdullayev arasında dava düşüb? – rəsmi açıqlama
  • Dünən, 23:48
    Emil də premyer-liqaya gəldi - RƏSMİ
  • Dünən, 23:21
    “Milan” Menyanla anlaşmağa yaxındı
  • Dünən, 22:42
    Balotelli İtaliyadan kənara yollandı
  • Dünən, 22:25
    İtaliyada daha bir türkiyəli futbolçu qol vurdu
  • Dünən, 21:57
    İkardinin iki penaltisini dəf edən qapıçı nələr dedi?
  • Dünən, 21:36
    “Fənər” tarixinin ən bahalı transferini reallaşdırdı
  • Dünən, 21:10
    O, MY-ni böhrandan çıxarmağa çalışacaq
  • Dünən, 20:47
    “Mən komandadan ötən il ayrılmışam” – “Karvan-Yevlax”ın srağagün vidalaşdığı məşqçidən şok açıqlama
  • Dünən, 20:37
    Davranışına görə “2” aldı
  • Dünən, 20:05
    Oyundaşlarını arxada qoyur
  • Dünən, 19:35
    Tezliklə vətəninə qayıdacaq
  • Dünən, 19:03
    “Barselona”ya qayıtdı
  • Dünən, 18:34
    Arda Turan ingiltərəli futbolçunun qalmaqallı sözlərinə cavab verdi
  • Dünən, 18:13
    AFFA rəsmiləri Türkiyədə səfərdə oldu
  • Dünən, 17:47
    PSJ derbidə ilk dəfə uduzdu
  • Dünən, 17:24
    "Qarabağ" - "Ayntraxt" matçının biletləri satışa çıxır
  • Dünən, 16:53
    Derbini buraxa bilər
  • Dünən, 16:22
    Zədəli futbolçu əməliyyat edildi
  • Dünən, 15:51
    UEFA nümayəndələri hakimlərimizə seminar keçdi
  • Dünən, 15:34
    “Varajdin”in baş məşqçisi demişdi ki, Rüfətə şans verəcəyik, sadəcə...” – “təslim aktı”nın tarixçəsi
  • Dünən, 15:03
    Asiyadan İtaliyaya yollanır
  • Dünən, 14:34
    "Dinamo" Ülvi ilə yeni müqavilə imzaladı
  • Dünən, 14:24
    “Səbail” Roman Hüseynovu transfer etdi - RƏSMİ
  • Dünən, 14:21
    Məsut Özil ''Fənər''in yeni transferini təriflədi
Daha çox
Oxunub: 312
“Turan Tovuz” tarixinin ən bahalı alverini etdi - Berdıyev üçün təhlükə!
Oxunub: 242
SON DƏQİQƏ - AFFA-dan danışılmış olduğu iddia edilən oyunla bağlı açıqlama
Oxunub: 206
Qurban Qurbanovdan “9-luğ”a möhtəşəm zərbə! – ulduzlar necə “quzuya döndü”?
Oxunub: 151
"Portuqaliyalı agentlər məndən “Qarabağ”ın üç futbolçusu haqda məlumat almışdı" - Elvin niyə getmir?
Oxunub: 145
Füzuli Məmmədovla Araz Abdullayev arasında dava düşüb? – rəsmi açıqlama
Oxunub: 143
“Xankəndi”də “saraydaxili çevriliş"! - Uzunca olmayan akademiyaya əlaqələndirici getdi!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə