İngiltərə çempionatının yüksək liqasında klubların agent ödənişlərinə görə nə qədər xərcə düşməsinə aydınlıq gəlib.
Məlumat 2021 və 2022-ci illərdəki ödənişləri əhatə edir.
Premyer-liqada son iki “transfer pəncərəsi” dövründə agent ödənişlərinə görə “Mançester Siti” liderlik edir. İngiltərə Futbol Assosiasiyasının saytının məlumatına görə, 2021-ci il fevralın 2-dən bu il yanvarın 31-nə qədər agentlərə 35,1 milyon funt sterlinq ödəyib. Siyahıda növbəti iki yeri 29 milyon funt sterlinqlə “Mançester Yunayted” və 28,2 milyon funt sterlinqlə “Çelsi” tutur. “Liverpul” 22,1 milyonla 4-cü, “Arsenal” isə 18,7 milyon funt sterlinq xərclə 5-cidi.