İngiltərə çempionunu tərk edəcək

17.12.2023 22:51 181
Dünya futbolu
Kelvin Fillips 2024-cü ilin yanvarında “Mançester Siti”dən ayrılacaq.

“Football-plus.az” xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, İngiltərə klubu gələn ay yarımmüdafiəçi ilə vəziyyəti müzakirə edəcək və onu satacaq. Fillips bu mövsüm premyer-liqada cəmi 4 matçda meydana çıxıb.

İngiltərəli futbolçu ölkə çempionunda ötən ilin iyulundan çıxış edir. Xatırladaq ki, Fillips ötən il “Lids”dən “Mançester Siti”yə 49 milyon avroya keçmişdi.