İngiltərə çempionunu o da tərk etdi

7.07.2022 18:10 304
Dünya futbolu
“Mançester Siti”ni daha bir oyunçu tərk edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə çempionu Darko Qyabini satıb. 18 yaşlı futbolçu “Lids”ə keçib. O, yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Transferin digər detalları açıqlanmayıb.

Qeyd edək ki, ingilis yarımmüdafiəçi MS-nin yetirməsidi.