Niderland birinci divizionun 19-cu turun bir sıra oyunları baş tutub.
"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” “Utrext”in qonağı olub. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:2.
Bütün matçı meydanda keçirən Kökçü komandasının 3 qol vurmasında iştirak edib. Belə ki, o, 33 və 86-cı dəqiqələrdə birinci və dördüncü qolların ötürməsini verib. 90+3-də isə Kökçü “Eyndhoven”in beşinci qolunu vurub. “Eyndhoven” 29 xalla 10-cu pillədədi.