Ozancan Kökçünün komandası darmadağın oldu

22.10.2022 11:58 323
Dünya futbolu
Niderland birinci divizionunda çıxış edən "Eyndhoven" növbəti görüşünü keçirib.

Football-plus.az xəbər verir ki, Ozancan Kökçünün komandası "Herakles"in qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:0.

Millimizin yarımmüdafiəçisi meydana start heyətində çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

12 turdan sonra hesabında 22 xal olan "Eyndhoven" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.