Stadion hazırdı, amma başqa söz demirəm...

9.12.2023 17:17 234
Ölkə futbolu / Manşet
Cümə axşamı Azərbaycan futbolunun 2023-cü ildəki ən önəmli sınaqlarından biri olacaq. Bəli, söhbət Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Həkken” oyunundan gedir.

O gün hər kəsin gözü “Bəhramov”da olacaq, ölkə indidən bu oyunla yatıb-durur. Bəs stadion hazırdımı? “Football-plus.az” stadionun direktoru Tələt Məmmədova üz tutdu:

“Stadion oyuna tam hazırdı, işıqlandırma sistemi, ot örtüyü, bir sözlə, hər şey qaydasındadı”.

Təbii ki, biz Tələt bəydən “Qarabağ” nümayəndələrinin son günlərdə stadiona baş çəkib-çəkmədiyini də soruşduq. Adam susdu...

MİRKAMAL KAZIMZADƏ