Bəs adı çəkilən arena oyunları keçirməyə hazırdı? Bu suala aydınlıq gətirmək üçün stadionun direktoru Şamil Qurbanovla əlaqə saxladıq:
"Stadionumuz nəinki Avroliqanın qrup görüşlərini, hətta bütün ölkədaxili və beynəlxalq dərəcəli oyunları keçirməyə hazırdı. Hər şey qaydasındadı. Azarkeşlərin rahatlığı üçün bütün şərait yaradılıb”.
Şamil bəy stadiondakı yeniliklərdən də söz açdı:
"Çempionlar Liqasının pley-off matçlarında UEFA nümayəndələri stadionumuza gələrək VAR sistemi, “goal-line” texnologiyası və futbolçuların göstəriciləri haqda məlumat verən elektron sistemi quraşdırdı. Yəqin ki, Avroliqanın qrup görüşlərində tələblərdə fərqliliklər olacaq. İstənilən halda, biz can-başla köməyimizi əsirgəməyəcəyik".
ABDULLA İSMAYILOĞLU
