Azərbaycan daha bir arena təmirə bağlanacaq.
"Football-plus.az"ın özəl məlumatına görə, söhbət Ağsu Şəhər Stadionundan gedir. AFFA-nın balansında olan stadion elə federasiya tərəfindən təmir olunacaq. Arenanın suni ot örtüyü təbii ilə əvəzlənəcək. Tribunalardakı problemlər həll olunacaq. Bundan əlavə, stadionun yanındakı boş ərazidə akademiya və otel inşa olunacaq. İşlər yanvarın 1-dən start götürəcək.
Qeyd edək ki, stadionun təmir olunması ilə bağlı AFFA prezidenti Rövnəq Abdullayev göstəriş verib.
İLKİN SULTANLI