EEVZA: Millimiz ardıcıl 4-cü dəfə məğlub oldu

8.12.2023 15:34 221
İdman
18 yaşadək voleybolçu oğlanlardan ibarət millimiz Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

“Football-plus.az” xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda dördüncü matçında estonlarla üz-üzə gəlib.

Əvvəlki turlarda Polşa, Ukrayna və Latviyaya 0:3 hesabı ilə uduzan yığmamız Estoniyanı bir setdə üstələməyi bacarıb. Ancaq yekunda millimiz 1:3 (25:23, 13:25, 14:25, 21:25) hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığmamız sabah Gürcüstanla görüşəcək. Turnirin qalibi AÇ-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.