18 yaşadək voleybolçu qızlardan ibarət millimiz Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında ardıcıl dördüncü oyununda məğlub olub.
"Football-plus.az" xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv bu dəfə Litva ilə bacarmayıb.
Əvvəlki turlarda Latviya, Ukrayna və Estoniyaya 0:3 hesabı ilə uduzan millimiz litvalılara da eyni hesabla yenilib - 0:3 (7:25, 14:25, 13:25).
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.