EEVZA: Yığmamız növbəti oyunda da məğlub oldu

7.12.2023 13:30 222
İdman
18 yaşadək voleybolçu oğlanlardan ibarət millimiz Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda üçüncü matçında latviyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (19:25, 14:25, 17:25). Komanda Polşa və Ukraynaya da eyni hesabla uduzmuşdu.

Millimiz sabah Estoniya, dekabrın 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AÇ-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.