EEVZA: Voleybol millimiz ikinci oyununa çıxacaq

21.11.2023 11:13 199
İdman
Bu gün 18 yaşadək voleybolçu qızlardan ibarət millimiz Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Ukrayna ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15.30-da start götürəcək. Yığma ötən gün meydan sahibi Latviyaya 0:3 hesabı ilə uduzub.

Milli noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq.

AÇ-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.