18 yaşadək voleybolçu qızlardan ibarət millimizLatviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün beşinci oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Polşa ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15.30-da başlanacaq.
U-18 ilk dörd turda Latviya, Ukrayna, Estoniya və Litvaya 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AÇ-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.