“Arsenal”ın oyunçusu Takehiro Tomiyasunun son durumu açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, komandanın baş məşqçisi Mikel Arteta 25 yaşlı müdafiəçinin bir müddət oynaya bilməyəcəyini deyib. Yapon futbolçu ötən həftə premyer-liqada keçirilən “Vulverhempton”la matçda sıradan çıxmışdı. Artıq tibbi müayinədən keçən Takehironun bu il bir daha meydana çıxa bilməyəcəyi məlum olub: o, təxminən 4-6 həftə oynamayacaq.
Tomiyasu bu mövsüm bütün turnirlərdə 19 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.