“Mançester Yunayted”də ciddi itki

13.11.2023 21:50 170
Dünya futbolu
“Mançester Yunayted”in oyunçusu Conni Evansın son vəziyyəti bəlli olub.

“Football-plus.az” xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Kopenhagen” ilə səfər oyununda (3:4) sıradan çıxmışdı. 35 yaşlı müdafiəçinin tibbi müayinəsi nəticəsində bud əzələsində zədə aşkarlanıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçu bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
Conni bu mövsüm 8 oyun keçirib və 1 məhsuldar ötürmə edib.