PSJ iki itki ilə üzləşib.
"Football-plus.az" xəbər verir ki, komandanın bir oyunçusu üçün cari mövüm erkən başa çatıb.
Klubun mətbuat xidmətinin xəbərinə görə, yarımmüdafiəçisi Renato Sanşeş zədələnib. Əzələsindən zədə alan portuqaliyalı futbolçunun azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm PSJ-də 22 oyuna çıxıb və 2 qol vurub.
PSJ-nin sıradan çıxan digər oyunçusu Nordi Mukieledi. Müdafiəçi artıq Finlandiyada dizaltı vətərindən əməliyyat olunub. O, mövsümün sonuna kimi komandaya kömək edə bilməyəcək. Nordi bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 25 oyunda 3 məhsuldar ötürmə verib.