Mbappe "Bavariya"ya qarşı oynamayacaq

2.02.2023 19:55 316
Çempionlar Liqası
PSJ-də ciddi itki baş verib.

Football-plus.az xəbər verir ki, komandanın aparıcı oyunçusu Kilyan Mbappe zədələnib. O, bu gün tibbi müayinədən keçib. Bəlli olub ki, hücumçu bisebs əzələsindən xəsarət alıb. Onun təxminən 3 həftə meydana çıxa bilməyəcəyi açıqlanıb. Belə olan halda, Kilyan fevralın 14-də Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə keçiriləcək görüşü buraxacaq.