Almaniya klubunda ciddi itki

7.03.2023 19:55 255
Çempionlar Liqası
“Leyptsiq” aparıcı oyunçularından birini itirib.

“Football-plus.az” xəbər verir ki, Kristofer Nkunku Almaniya çempionatının “Borussiya” ilə Dortmundda keçirilən oyununda (1:2) zədələnib. Fransalı hücumçunun azı iki həftə oynaya bilməyəcəyi məlum olub. O, Çempionlar Liqasının 1/8 finalının “Mançester Siti” ilə martın 14-də keçiriləcək cavab oyununu da buraxacaq.

Nkunku bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 27 matçda 17 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.