İl onun üçün erkən sona çatdı

6.12.2023 19:51 220
Dünya futbolu
Daniel Karvaxal müəyyən müddətdə futbol oynaya bilməyəcək. O, ciddi zədə alıb.

“Football-plus.az” xəbər verir ki, “Real”ın 31 yaşlı futbolçusu La Liqanın son turunun “Qranada” ilə ev oyununda (2:0) sıradan çıxıb. Müayinə nəticəsində müdafiəçinin təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Qeyd edək ki, Daniel cari mövsümündə “Real”ın heyətində bütün turnirlərdə meydana çıxdığı 17 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.