“Real” Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Union”la matçına itki ilə çıxıb.
"Football-plus.az" xəbər verir ki, komandanın aparıcı futbolçularından Daniel Karvaxal dünən keçirilən oyunu buraxıb.
31 yaşlı müdafiəçinin əzələsi zədələnib. O, bu səbəbdən komandanın son məşqini buraxıb. Karvaxalın təxminən 5-8 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Danielin sentyabrın 24-də keçiriləcək Madrid derbisində “Atletiko”ya qarşı oynayıb-oynamayacağı da sual altındadı.
Təcrübəli futbolmu bu mövsüm “Real”a La Liqada keçirdiyi 5 oyunun hamısında kömək etmişdi.
Yeri gəlmişkən, komandanın aparıcı oyunçularından Vinisius Junior da zədəlidi.