Daniel Olmo bir müddət futbol oynaya bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, “Leyptsiq”in hücumçusunun çiyni Almaniya çempionatının “Köln” ilə oyununda (6:0) xəsarət alıb. İspaniyalı futbolçu bu səbəbdən bir neçə həftə yaşıl meydana çıxa bilməyəcək. Bu isə 2023-cü ilin onun üçün erkən sona çatması deməkdi.
Olmo bu mövsüm bundesliqada keçirdiyi 5 oyunda 2 qol vurub.