• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə Berlini 3 qolla fəth etdi

AÇ

22-11-2023, 21:0

Türkiyə Vinçentso Montellanın rəhbərliyi altında möhtəşəm performans sərgiləməkdə davam edir.

“Football-plus.az” xəbər verir ki, hər uğursuzluqdan sonra “reallıqla barışmalıyıq, Türkiyənin indiki durumu məhz bu cürdü” tipli açıqlamalar verən əvvəlki məşqçi Ştefan Kuntsdan fərqli Montella göstərir ki, qardaş ölkənin həm oyunçu “hovuzu”, həm də potensialı çox yüksəkdi. İtaliyalı mütəxəssis Berlində Almaniya qarşısına Altay Bayındır, Ozan Kabak, Əmrə Akbaba, Yusuf Yazıcı kimi futbolçularla çıxmaqdan çəkinmədi. Halbuki Kuntsun dönəmində yığmada belə desək, bu futbolçuların üzərindən xətt çəkilmişdi! Üstəlik Montella hələ 19 yaşı belə tamam olmayan və məhz Almaniyada yetişən Kənan Yıldızı da hücumun mərkəzində oynatdı.

“Olimpiyaştadion”a gələn 72 min futbolsevərin yarısından çoxu qürbətçi türklər olduğuna görə ev sahibi sanki Almaniya yox, Türkiyə idi. Hətta almanlar topa nəzarət edərkən, daha çox fit sədaları eşidilirdi. Bu cür atmosferdə keçirilən matçda Haverts artıq 5-ci dəqiqədə bundestimi önə keçirdi. Almaniya Naqelsmannın ilk ev oyununda heç də pis təsir bağışlamırdı və 2-ci qolu da vurmağa yaxın idi. Amma təxminən 30-cu dəqiqədən sonra qonaqlar fəallaşdılar. Naqelsmannın qəribə şəkildə 3-5-2-nin cinahlarında Sane ilə Havertsi oynatması almanlara baha başa gəldi. Çünki bu futbolçuların heç bir müdafiə olunmaq qabiliyyəti yoxdu. Türkiyə ilk qolu məhz bu cür vurdu. Əbdülkərimin mükəmməl uzun ötürməsindən sonra Sanenin gözündən yayılaraq bir toxunuşla cərimə meydançasına daxil olan Fərdi yaxın küncü dəqiq nişan aldı. Bu qol AÇ-2008-in yarımfinalında Filip Lamın Türkiyənin qapısına vurduğu qələbə qoluna bənzədi. Qoldan ruhlanan “ay-ulduzlular” fasilə ərəfəsində hesabda önə keçdilər. Kaan Ayhanın asmasından sonra topu qəbul edən Kənan Yıldız tirlə dirəyin birləşdiyi küncü dəqiq nişan alaraq mükəmməl qol vurdu. Almaniya 2-ci hissəyə də erkən qolla başladı. Bu dəfə Füllkruq Altayı məyus etdi. Amma son sözu qonaqlar söylədi. Əvvəlcə Salih Özcanın zərbəsi dirəyə tuş gəldi. Bir neçə dəqiqə sonra Havertsin əllə oyununa görə təyin olunan penaltini Yusuf Sarı dəqiq yerinə yetirdi. Maraqlıdı ki, həm Fərdi, həm Kənan, həm də Yusuf yığmada ilk qolunu vurdu. Beləliklə, bu maraqlı və məhsuldar oyunda Türkiyə sürpriz qələbə ilə yüksəlişini davam etdirdi. Almaniya isə Naqelsmannın başçılığı altında 3-cü oyunda ilk məğlubiyyətini yaşadı.

Almaniya – Türkiyə 2:3

Haverts, 5. Füllkruq, 49 - Fərdi Kadıoğlu, 38. Kənan Yıldız, 45+2. Yusuf Sarı, 71-p.

Almaniya: Trapp, Sane, Henrixs, Ta, Rüdiger, Haverts, Kimmix (Qoretska, 72), İlkay Gündoğan, Virts (Qnabri, 73), Brandt (Dukş, 82), Füllkruq.

Türkiyə: Altay Bayındır, Zəki Çəlik, Ozan Kabak, Əbdülkərim Bardakcı, Fərdi Kadıoğlu (Ərən Elmalı, 63), İsmayıl Yüksək (Salih Özcan, 46), Kaan Ayhan, Əmrə Akbaba (Abdulkadir Ömür, 34), İrfan Can Kahveci (Yusuf Sarı, 64), Kənan Yıldız (Kərəm Aktürkoğlu, 73), Yusuf Yazıcı (Barış Alpər Yılmaz, 64).

Faktlar

* Türkiyə tarixindəki 621-ci oyununu keçirdi və 242-ci qələbəsini qazandı (146 heç-heçə, 233 məğlubiyyət, top fərqi – 850:887).

* Türkiyə 13-ü Almaniya Federativ Respublikası, 5-i Almaniya Demokratik Respublikası ilə olmaqla Almaniyaya qarşı ümumilikdə keçirdiyi 27-ci qarşılaşmada 7-ci qələbəsini qazandı (5 heç-heçə, 15 məğlubiyyət). Türkiyə bu rəqibi sonuncu dəfə 2005-də İstanbuldakı yoldaşlıq matçında yenmiş (2:1) və daha sonra keçirdiyi 4 oyundan 1 heç-heçə, 3 məğlubiyyətlə ayrılmışdı. Səfərdə isə Türkiyə sonuncu dəfə ADR-i 1989-da, AFR-i 1951-də yenmişdi.

* Montella Türkiyə yığmasının tarixində Quus Hiddinkdən sonra ilk 3 oyundan qələbə ilə ayrılan 2-ci əcnəbi mütəxəssis oldu!

* Türkiyə səfərdə Almaniyaya ardıcıl 2 oyunda ən azı 3 top vurmağı bacaran 6-cı, 2014-dən (Argentina) bəri isə ilk komanda oldu. 2020-nin oktyabrında bu komandalar arasında Kölndə keçirilən yoldaşlıq oyununda 3:3-lük bərabərlik qeydə alınmışdı.

* 18 yaş 198 günlüyündə fərqlənən Kənan Yıldız Arda Gülər, Nuri Şahin, Kamal Faruki və Mehmet Leblebidən sonra Türkiyə yığmasında 19 yaşına çatmadan qol vuran 5-ci futbolçu oldu.

Oyundan sonra

Yulian Naqelsmann, Almaniya yığmasının baş məşqçisi: “Oyuna yaxşı başladıq və ilk 10 dəqiqədə hesabı açdıq. Sonrakı dəqiqələrdə də üstün idik. Amma son nöqtəni qoya bilmirdik. Bəzi oyunçulardan daha yüksək fərdi performans gözləyirdim. Sanki istəksiz idilər. Belə şeylər olmamalıdı! Rəqib isə əksinə, çox istəkli, duyğusal və əzmkar oynadı. İkinci hissədəki oyunumuzdan daha çox razı qaldım. Penalti bir qədər şübhəli idi. Havertsin əli təbii vəziyyətdə idi. Beynəlxalq matçlarda qaydalar bundesliqa ilə müqayisədə daha sərtdi. Amma bunu müzakirə mövzusuna çevirmək istəmirəm. Səhvlərimizi gördük və onların üzərində çalışmaqda davam edəcəyik. İstək və əzm olmayandan sonra taktiki cəhətdən nə edirsən-et, xeyri olmayacaq. Müdafiədə, xüsusilə də cinahlarda yaxşı təsir bağışlamadıq. Qolları da bu cür buraxdıq”.

Vinçentso Montella, Türkiyə yığmasının baş məşqçisi: “Bu cür performansdan və qələbədən sonra özümüzlə fəxr edə bilərik. Türkiyə Almaniyanı son 18 ildə yenə bilməmişdi. Səfərdə isə son 72 illdə qələbəmiz yox idi. Ona görə də inanılmaz bir nəticədi. Fanatlarımıza təşəkkür edirəm. Onların sayəsində sanki öz meydanımızda oynadıq. Stadionda yaratdıqları atmosferi sözlə ifadə etmək çətindi. Erkən qol buraxsaq da, qətiyyən həvəsdən düşmədik. Futbolçularım çox əzmkardı. Onların millətçilik ruhu da həmişə ön plandadı. Meydanda canlarını qoyurlar. Bu qələbə onların sayəsindədi. Səhvlərimiz, təbii ki, var. Hələ inkişaf yolundayıq. Yeni bir yolun başlanğıcındayıq. Amma komandamın döyüşkənliyi, bu ruhu meydanda nümayiş etdirə bilməsi məni sevindirir. Məncə, Almaniya qarşıdakı AÇ-nin favoritlərindən biri olacaq. Amma onları yenməyi bacardıq. Paltardəyişmə otağında inanılmaz sevinc, xoşbəxtlik hökm sürürdü. Hər birimizin bunu yaşamaq haqqı var. Artıq diqqətimizi növbəti oyuna yönəldəcəyik. Kardiffdə də bizi çox vacib görüş gözləyir. Çünki qrupdan lider kimi çıxmaq istəyirik”.

Paylaş:
Digər xəbərlər

Yığma

11-11-2023, 17:0

Montella bu dəfə yığmaya kimləri çağırdı?

Dünya futbolu

25-09-2023, 18:0

Məşqçilər korpusunda yerlilərdən kim olacaq?

Dünya futbolu

10-10-2023, 11:0

Montella yığmaya daha bir debütant dəvət etdi

Dünya futbolu

20-11-2023, 19:0

Flik Türkiyədə işlədiyi dönəmin uğursuz olduğunu düşünmür

İdman

7-10-2023, 17:0

Montellanın ilk açıqladığı heyətdə neçə debütant var? - TƏHLİL

Dünya futbolu

30-09-2023, 13:0

Çalımbay Montellanın təyinatını dəstəkləmir

Aktual
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
“Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
Son xəbərlər
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Dünən, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Dünən, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Dünən, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Dünən, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Dünən, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 203
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 182
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 152
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə