• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Montellanın ilk açıqladığı heyətdə neçə debütant var? - TƏHLİL

İdman

7-10-2023, 17:0

Türkiyə yığması ilə bağlı yeni xəbərlər var.

Baş məşqçi postunda dəyişikliyə gedən və Ştefan Kuntsla yollarını ayırandan sonra Vinçentso Montella ilə anlaşan qardaş ölkənin komandası AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Osiyekdə Xorvatiyanın qonağı olacaq. Oktyabrın 15-də isə “ay-ulduzlular” Konyada Latviyanı qəbul edəcək. Noyabrdakı yığma pəncərəsində Türkiyənin seçmə mərhələdə cəmi bir oyunu nəzərdə tutulub.

Türklər seçmə mərhələyə noyabrın 21-də səfərdə Uelsə qarşı oyunla yekun vuracaqlar. Noyabrın 18-də isə qardaş ölkənin səfərdə Almaniya ilə yoldaşlıq oyununda qüvvəsini sınayacağı dəqiqləşib! Görüş paytaxt Berlində yerləşən məşhur “Olimpiaştadion”da keçiriləcək. Bu, Türkiyə ilə Almaniyanın tarixdəki 22-ci qarşılaşması olacaq. Bu komandalar arasında buna qədər 13-ü rəsmi, 8-i özəl olmaqla baş tutan 21 oyunda bundestimin qələbə sayında böyük üstünlüyü var – 14:3.

Daha 4 qarşılaşma heç-heçə başa çatıb. Türkiyə ilə Almaniya sonuncu dəfə 2020-ci il oktyabrın 7-də Kölndə yoldaşlıq oyununda üz-üzə gəlmiş və həmin vaxt 3:3-lük bərabərlik qeydə alınmışdı. Noyabrın 18-dəki qarşılaşma eyni zamanda Yulian Naqelsmannın Almaniyanın başında keçirəcəyi ilk ev oyunu olacaq.

Bu arada Montellanın köməkçilərinin adına, nəhayət, aydınlıq gəlib. Burak Yılmaz və Nuri Şahindən istədiyi cavabı almayan Türkiyə Futbol Federasiyası məşqçilər korpusuna Səlcuk Şahini gətirib. Futbolçu kimi uzun illər (2003-15) “Fənərbaxça”da çıxış etməklə yaddaşlarda iz buraxan, eləcə də 2003-də Konfederasiyalar Kubokunda bürünc medallar qazanan Türkiyə yığmasının heyətində yer alan 42 yaşlı Şahin 2021-dən bəri “İstanbul BŞ”də köməkçi məşqçi kimi çalışırdı. Bundan başqa, Montellanın köməkçiləri arasında onun həmyerlisi, məşqçi karyerasının əvvəllərindən bu yana onunla birlikdə olan Daniele Russo da yer alacaq. Məşqçilər korpusunda rəqiblərin təhlilinə görə Massimo Krivellaro ilə Okan Aydıner, futbolçuların fiziki durumuna görə isə Pyerpaolo Polino və Vural Durmuş cavabdehlik daşıyacaq. TFF-nin qapıçılar üzrə məşqçi seçimi də diqqəti çəkib. Bu vəzifəni “Adana Dənirspor”da çalışan Ozan Özərkan və “Eyupspor”da çalışan Əmrah Karakovan icra edəcək. Onlar yalnız yığmanın oyunları zamanı düşərgədə olacaqlar. Başqa vaxt isə öz klublarındakı işlərini davam etdirəcəklər.

Sonda Türkiyə yığmasının qarşıdakı oyunlar üçün dünən açıqlanan heyətinə nəzər salaq. Montellanın açıqladığı ilk heyətdə iki debütant gözə dəyir. Söhbət “Adana Dəmirspor”un qapıçısı Ərtaç Özbirlə “Yuventus”un gənc üzvü Kənan Yıldızdan gedir. Almaniyada doğulan və “Bavariya”nın yetirməsi olan Yıldız ötən ildən etibarən “Yuve”nin şərəfini qoruyur. Daha öncə Türkiyənin U-17 və U-21 yığmalarında forma geyən 18 yaşlı yarımmüdafiəçi ilk dəfə əsas yığmaya dəvət alıb. Özbirə gəlincə, o, daha öncə “Kasımpaşa”, “Yeni Malatyaspor”, “Gənclərbirliyi”nin şərəfini qoruyub və ötən ildən bəri Adana təmsilçisinin uğurları üçün çalışır. Bu mövsüm 7 rəsmi oyunda forma geyən və bunların 4-də qapısını toxunulmaz saxlayan əlcək sahibinin 33 yaşında ilk dəfə yığmaya dəvət alması maraq doğurur. Onu da bildirək ki, “Adana Dəmirspor” tarixində ilk dəfə yığmaya birdən-birə 3 futbolçu göndərib.

Sonda 28 nəfərlik siyahını diqqətinizə çatdırırıq:

qapıçılar – Altay Bayındır (Mançester Yunayted), Doğan Ələmdar (Trua), Ərtaç Özbir (Adana Dəmirspor), Uğurcan Çakır (Trabzonspor); müdafiəçilər – Fərdi Kadıoğlu, Samet Akaydın (hər ikisi “Fənərbaxça”), Əbdülkərim Bardakcı, Kaan Ayhan (hər ikisi “Qalatasaray”), Ərən Elmalı (Trabzonspor), Zəki Çəlik (Roma), Cenk Özkacar (Valensiya), Merih Dəmiral (Əl-Əhli), Ozan Kabak (Hoffenhaym), Rıdvan Yılmaz (Reyncers); yarımmüdafiəçilər – İsmayıl Yüksək, İrfan Can Kahveci (hər ikisi “Fənərbaxça”), Kərəm Aktürkoğlu (Qalatasaray), Əmrə Akbaba, Yusuf Sarı (hər ikisi “Adana Dəmirspor”), Kənan Yıldız (Yuventus), Berkan Kutlu (Cenoa), Hakan Çalhanoğlu (İnter), Orkun Kökçü (Benfika), Salih Özcan (Borussiya D), Yunus Akgün (Lester); hücumçular – Cenk Tosun (Beşiktaş), Bertuğ Yıldırım (Renn), Barış Alpər Yılmaz (Qalatasaray).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / AÇ

28-03-2023, 14:0

Türkiyə Bursada daha bir tarixi zəfər əldə edəcəkmi?

Dünya futbolu

30-06-2023, 19:0

Türkiyənin yoldaşlıq oyununda rəqibi bəlli oldu

Dünya futbolu

8-10-2022, 13:0

Türkiyə yığmasının rəqibləri bəlli oldu

Dünya futbolu / DÇ 2026

23-03-2022, 12:0

Portuqaliya - Türkiyə oyununun hakimi kimdi?

Aktual
6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
“Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
“İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
“Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
“Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Son xəbərlər
  • Bu gün, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Bu gün, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Bu gün, 20:39
    "Zirə" fərqi artırdı - YENİLƏNİR
  • Bu gün, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Bu gün, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Bu gün, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Bu gün, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Bu gün, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Bu gün, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
  • Bu gün, 16:26
    DÇ-2026-nın iştirakçısı intihar edib? - DÇ-nin MƏYUSLUĞU
  • Bu gün, 15:55
    “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
  • Bu gün, 15:30
    La Liqada yeni mövsümün 5 oyunu təxirə salınacaq
  • Bu gün, 14:59
    Makqreqor uduzdu, amma milyonlar qazandı
  • Bu gün, 14:05
    “İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
  • Bu gün, 13:51
    “Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
  • Bu gün, 13:20
    Buruk Terimi geridə qoyaraq “Qalatasaray”ın tarixinə düşdü
  • Bu gün, 12:59
    "Şamaxı" gürcüstanlı hücumçu transfer etdi
  • Bu gün, 12:44
    “Hədəf yarışın indiyədək keçirilmiş cüdo üzrə dünya çempionatları arasında ən yaxşısı olmasıdı”- Rəşad Rəsullu
  • Bu gün, 12:25
    Bakıda olacaq DÇ-nin rəsmi loqosu və tanıtım çarxı təqdim edildi
  • Bu gün, 11:54
    Millimiz İngiltərəyə qalib gəldi
  • Bu gün, 11:23
    Alkaras daha bir turniri buraxacaq
  • Bu gün, 10:52
    “Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
  • Bu gün, 10:31
    "İmişli"də növbəti ayrılıq
  • Bu gün, 10:00
    Oveçkin qonşusu ilə barışdı və ...Messiyə qonşu oldu
  • Bu gün, 01:06
    Argentina finala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:54
    "Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
  • Dünən, 23:32
    "Komanda oyuna tam hazırdı" - Qurban Qurbanov
  • Dünən, 22:36
    Qalenoyi ilə müqavilə yeniləndi - DÇ-nin QƏRARI
  • Dünən, 21:55
    Yarımfinal oyununa çıxa biləcəklər?
  • Dünən, 21:24
    “Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
  • Dünən, 21:12
    “Red Bull” ilə Ferstappen arasındakı narazılıq artır
  • Dünən, 20:50
    "Hadisələrin axarını dəyişmək üçün əllərindən gələni edəcəklər" - Rəşad Sadıqov
  • Dünən, 20:30
    Ronaldonun klubunda maliyyə problemi yaranıb
  • Dünən, 19:20
    İngiltərədə klubunu dəyişəcək
Daha çox
Oxunub: 232
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 216
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 213
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 205
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 159
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə