Millimizin görüşlərinin tarixi bəlli oldu

13.11.2023 20:51 211
İdman
Latviyanın Daugavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatı keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, turnirin oyunlarının təqvimi bəlli olub. Millimizin də matçlarının tarixi müəyyənləşib.

Qeyd edək ki, yarış 2024-cü il Avropa çempionatına seçmə xarakteri daşıyır. Qrupda birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanacaq.

20 noyabr
18.00. Latviya - Azərbaycan
21 noyabr
15.30. Azərbaycan – Ukrayna
22 noyabr
15.30. Estoniya - Azərbaycan
23 noyabr
15.30. Azərbaycan - Litva
24 noyabr
15.30. Polşa - Azərbaycan
26 noyabr
13.00. Azərbaycan - Gürcüstan