Voleybol üzrə Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında mübarizə başlayıb.
Football-plus.az xəbər verir ki, Azərbaycan yığması da turnirdə iki oyununu keçirib. Voleybolçularımız əvvəlcə Polşa, ardınca Estoniya kollektivi ilə qarşılaşıb və hər iki matçda 0:3 hesabı ilə uduzub. Millimiz qarşıdakı üç gündə, müvafiq olaraq, Latviya, Gürcüstan və Ukrayna ilə gücünü yoxlayacaq.
AÇ-2023-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.