Qızlardan ibarət U-19 millimiz Moldova ilə heç-heçə etdi

14.11.2023 17:11 267
Yığma
19 yaşadək qız futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv üçüncü - sonuncu matçda Moldova ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə bitib. B Liqasının 3-cü qrupundakı digər oyunda Sloveniya Kosovonu 5:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, U-19 daha əvvəl Sloveniyaya 0:9, Kosovoya 0:3 hesabı ilə uduzub. Yekunda Sloveniya 9, Kosovo 6, Moldova və Azərbaycan hərəyə 1 xal qazanıb.