“Yuventus”da yeni müqavilə reallaşıb: rəhbərlik Nikolo Facoli ilə sözləşməni yeniləyib.
“Football-plus.az” xəbər verir ki, qeyri-qanuni mərc oyunlarında iştirakına görə 7 ay müddətinə futboldan uzaqlaşdırılan 22 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2028-ci il iyunun 30-dək artırılıb. Facoli 2021-ci ildən Turin klubunun əsas komandasında çıxış edir. O, 2022-ci ildən İtaliya yığmasında oynayır. Maraq üçün onu da yada salaq ki, meneceri Nikolonun qumar asılılığından əziyyət çəkdiyini etiraf etmişdi.