İtaliyada mərc qalmaqalı böyüyür

15.10.2023 11:53 226
Dünya futbolu
İtaliya futbolunda mərc qalmaqalı getdikcə geniş vüsət almaqdadı. “La Repubblica” qəzetində bununla bağlı növbəti yazı dərc olunub.

“Football-plus.az” xəbər verir ki, bu mənbənin məlumatına görə, A seriyasında çıxış edən 10-dan çox futbolçusu istintaqa cəlb edilib. Bir neçə gün əvvəl “Yuventus”un yarımmüdafiəçisi Nikolo Facoli qanunsuz mərclər etdiyini boynuna almışdı.

Vəkillərinin dediyinə görə, futbolçu heç vaxt çıxış etdiyi komandaların matçlarına pul qoyuluşu etməyib. Onlar, sadəcə, Facolinin mərc aludəçiliyinin olduğunu bildiriblər. Nikolo gənc yaşlarından fəal şəkildə poker oynamağa başlayıb. İstintaq onun qeyri-qanuni mərc oyunlarında iştirakını təsdiqləsə, futbolçu üç il və ya daha çox müddətə diskvalifikasiya ediləcək. Sanksiyaya 25 min avrodan başlayaraq cərimə də əlavə oluna bilər.
“La Repubblica”nın son məlumatına görə, İtaliya millisinin oyunçuları Sandro Tonali (Nyukasl) ilə Nikolo Zanyoloya (Aston Villa) da qarşı qanunsuz mərc oyunları ilə bağlı ittiham irəli sürülə bilər. Jurnalist Fabritsio Koronada onda bu futbolçuların həqiqətən mərc oynadıqlarını sübut edən məlumatların olduğunu bildirib. Artıq hər iki oyunçunun hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladığı bildirilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul