Formallığı aradan qaldırdı

10.11.2023 16:27 191
Dünya futbolu
Manuel Lokatelli “Yuventus” ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2028-ci ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, Lokatelli bir neçə gün əvvəl rəhbərlik ilə bu mövzuda razılığa gəlmişdi.

O, Turin klubunda 2021-ci ildən çıxış edir. Manuel bu mövsüm İtaliya çempionatında 11 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.