Şamaxı - Turan Tovuz 0:2 (0:1)
1. Rikardo Fernandes (k) -4,0
14. Uğur Cahangirov - 4,0
(10. Edqar Adilxanov, 58) - 3,5
5. Emin Rüstəmov - 3,5
97. Oruc Məmmədov - 4,0
(7. Emil Süleymanov, 71) - 3,5
25. Filipe Markes - 4,0
13. Rikardo Apolinario - 4,0
11. Ayman Bouali - 3,5
(80. Həbib İsmayılov, 46) - 3,5
3. Jota - 4,0
19. Abdullahi Şuaybu - 3,5
(9. Tornike Axvlediani, 46) - 3,5
4. Ruy Paşeko - 4,0
52. Abdul Raşid Mumini - 4,5
(88. Hacıəli Şirəliyev, 85) - 4,0
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
96. Nicat Qaragözlü
2. Fariz Xeyrullayev
77. Okan Təhməzli
66. Ceyhun Bağırzadə
8. Teşager Dequ
44. David Santos
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Abdul Raşid Mumini
1. Oleq Baklov - 5,0
5. Roderik Miller - 5,0
21. Stiv Beusnar - 5,0
90. Joarlem Batista - 5,5
(17. Rəhim Sadıxov, 62) - 4,5
77. İbrahima Vaci - 6,0
32. Hayderson Urtado (k) - 5,0
7. Xorxe Silva - 4,0
19. Roberto Olabe - 5,5
25. Denis Marandiçi - 4,5
33. Filip Damyanoviç - 4,5
(4. Rahil Məmmədov, 90) - qiymətsiz
11. Dioqo Balau - 4,5
(88. Faiq Hacıyev, 76) - qiymətsiz
Ehtiyat oyunçular
35. Aleksey Kenyaykin
13. Mehman Hacıyev
10. Xəyal Nəcəfov
3. Enrike Silva
15. Emmanuel Hakman
8. David Tavareş
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: İbrahima Vaci
Qollar: J.Santos, 35 (0:1). İ.Vaci, 86 (0:2, R.Olabe).
Vərəqələr: H.İsmayılov, 73 (qeyri-idman hərəkəti). H.Urtado, 75 (hakimin qərarəna etiraz). E.Süleymanov, 81 (qeyri-idman hərəkəti) – sari. X.Silva, 75 (təcavüzkar davranış) - qırmızı.
Hakimlər: EMİN ƏLİYEV, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Gülnurə Əkbərzadə (Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
21 noyabr. Şamaxı. Şəhər stadionu. 1200 tamaşacı (2200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 4,5.
“Şamaxı” 11 oyundan sonra 14 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmışdı. Azər Bağırovun rəhbərlik etdiyi komanda əvvəlki turda çempionluq uğrunda mübarizə aparan “Sabah”la 2:2 hesablı heç-heçə edərək diqqət çəkmişdi. “Şirlər” bu nəticənin davamını gətirmək və doğma meydanda növbəti xallarını qazanmaq niyyətində idi.
“Turan Tovuz” isə son turlarda qarşısına çıxanı əzirdi. Bu üzdən məhz Berdıyevin komandası favorit sayılırdı. Yeri gəlmişkən, bu komandaların ilk dövrədəki qarşılaşması qolsuz bərabərliklə yekunlaşmışdı.
Matç qarşılıqlı hücumlar şəraitində başladı. Amma ilk 15 dəqiqədə tərəflər təhlükəli vəziyyət yarada bilmədi. 18-ci dəqiqədə Xorxe Silva cərimə meydançası xaricindən qüvvətli zərbə endirsə də, dəqiqlik çatmadı. Növbəti dəqiqədə “şirlər” təhlükəli mövqedən cərimə zərbəsi endirmək imkanı qazandı. Topun arxasına keçən Bouali hesabı açmaq şansını əldən verdi. 24-cü dəqiqədə fərqlənməyə yaxın olan Vacinin qarşısını son anda Mumini kəsdi. 33-cü dəqiqədə qonaqlar da təhlükəli nöqtədən cərimə zərbəsi qazandılar. Joarlem bu fürsəti əldən verməyərək hesabı açdı. Hissənin sonlarında ev sahibləri hücumları artırsa da, hesab dəyişmədi.
İkinci hissə daha intensiv başladı. “Şirlər” ilk dəqiqədə küncdən zərbədən fərqlənməyə yaxın oldu. Emin Rüstəmovun başla qapıya yönəltdiyi topu Baklov dəf etdi. Növbəti dəqiqələr qarşılıqlı hücumlarla yadda qaldı. 60-cı dəqiqədə tovuzlular rəqib qapısı önündə təhlükə yaratdı. Joarlem topu qəbul edərkən Emini arxada qoyandan sonra Mumininin üzərinə yıxıldı. Joarlem meydanı xələkdə tərk etməli oldu. 72-ci dəqiqədə yaranan mübahisə zamanı Həbibi baş zərbəsi ilə yerə yıxan Xorxe Silvaya hakim sarı vərəqə göstərdi. Lakin VAR tərəfindən monitorda epizoda yenidən baxılmağa dəvət olunan hakim qərarını dəyişərək “sarı”nı “qırmızı” ilə əvəzlədi. Bununla da “bozqurd” azlıqda qaldı. Fürsətdən istifadə etmək istəyən “şirlər” hesabı bərabərləşdirmək üçün irəli atıldı. Amma 87-ci dəqiqədə rəqibi əks-hücumda yaxalayan “Turan Tovuz” fərqi artırdı. Sadıxov topu irəli daşıdı, Olabe ötürmə verdi, Vaci topu rəqib qapısından keçirdi. “Şamaxı” son dəqiqələrədək mübarizə aparsa da, təsəlli qolunu da vura bilmədi.
Gözdən qaçmadı
* “Turan Tovuz”un fanatları arasında 10-a yaxın qadın azarkeşin olması gözdən qaçmadı.
* İlk hissədən sonra komandalar arasında mübahisə yaranıb. “Şamaxı”nın məşqçisi Araz Bağırovla “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov qeyri-etik hərəkətlərə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
İSRAYIL XEYRULLAYEV
“Turan Tovuz” azlıqda qalsa da, qələbə qazandı - REPORTAJ
Reportaj





