Orqanizmində yasaqlanmış maddə tapılan Pol Poqbanın qeyri-müəyyən müddətə cəzalandığı məlumdu. “Yuventus”un daha bir oyunçusu belə aqibətlə üzləşə bilər.
“Football-plus.az” xəbər verir ki, Nikolo Facoli qanunsuz mərc oyununda oynamqda şübhəli bilinir. “La Gazzetta dello Sport”un yaydığı məlumata görə, 22 yaşlı yarımmüdafiəçi qeyri-qanuni platformalarda mərc oynadığına görə istintaqa cəlb olunub. Bu, məsələ ilə bağlı olan profillərə girişi yoxlayan müstəntiqlər tərəfindən təsdiqlənib. İşlə Turin prokurorluğu məşğul olur. İtaliya Futbol Federasiyasının prokurorluğu da bu məsələdən xəbərdardı. İş üzrə müvafiq hesabat avqustun 30-da Facolinin vəkilləri tərəfindən göndərilib. Prokuror Cüzeppe Cine istintaqın gedişini diqqətlə izləyir. İdman qanunlarının mümkün pozulmasına görə Nikolonun azı 3 il müddətinə diskvalifikasiya, həmçinin 25 min avro və ya daha çox cərimə ilə üzləşəcəyi gözlənilir.
Qeyd edək ki,İtaliyada idmançılara və idman rəsmilərinə təmsil etdikləri idman növü üzrə mərc etmək qadağandı.
Facoli bu mövsüm A seriyasında 6 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.