• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Monako” zirvəyə döndü, PSJ 5-ci pilləyə endi - TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 19:0

7-ci tur maraqlı oyunlarla zəngin oldu.

“Football-plus.az” xəbər verir ki, “Monako” cəzalı Qolovinin yoxluğunda baş məşqçi postunda Qattuzonun debüt etduyu “Marsel”ə qalib gələrək zirvəyə döndü. “Nitsa” ilə qolsuz heç-heçə edən “Brest”in də “knyazlar” qədər xalı var. 3-cü pillədə isə “Reyms” qərarlaşıb. Bu komanda “Lion”u məğlub etməklə sonuncu pilləyə düşürdü. PSJ gözlənilmədən autsayderlərdən “Klermon”la oyunda xal itirdi.

PSJ buna qədər keçirdiyi 6 oyunda 1 xal qazanan “Klermon”un qonağı idi. Heç kim Luis Enrikenin komandasının qələbə qazanacağına şübhə etmirdi. İspaniyalı məşqçi mövsümdə ilk dəfə üç mərkəz müdafiəçisi ilə oynayırdı. Donnarumma ilk yarıda faktiki oyuna qoşulmadı. Böyük ərazi üstünlüyünə malik olan qonaqlar çoxlu imkanı boşa verdi.
2-ci hissə başlayan kimi PSJ-nin qolkiperi ardıcıl iki seyv etdi. Əvvəlcə Manyanın, ardından Nikolsonun zərbələrinin qarşısını aldı. Bu arada Mbappe də topu dirəyə vurdu. Oyunun axarından narazı qalan Enrike hissənin ortalarında Zair-Emeri ilə Ramuşu da meydana buraxdı. Meydanda hücumçuların sayı artsa da, hesabı dəyişmək mümkün olmadı.

“Monako” – “Marsel” oyununda azarkeşlər yerini rahatlamamış hesab açıldı – Ndiaye qonaqları irəli çıxardı. 7 dəqiqə sonra Akliuş bu qolun cavabını verdi. Ardından komandalar hərəyə bir dəfə fərqləndi. 2-ci hissənin əvvəlində Akliuş “knyazlar”ın 3-cü qolunu vurdu. Bundan sonra Qattuzonu debüt oyununda sevindirmək istəyən marsellilər böyük qüvvə ilə irəli atıldı. Belədə “Monako” əks-hücumlar üçün yaxşı imkan qazandı. Ancaq oyunda başqa qol olmadı. Beləliklə, ötən turdan sonra liderliyi əldən verən “knyazlar” yenidən zirvəyə qayıtdı.

“Nitsa” – “Brest” oyunu başladığı hesabla da bitdi. İlk yarıda az-çox təhlükəli vəziyyətlər qeydə alınsa da, fasilədən sonra meydanda açıq-aşkar sönük oyun getdi. Qolsuz heç-heçə bu oyunun məntiqi nəticəsidi.
“Lion”u qəbul edən “Reyms” inamlı qələbə qazandı. İlk yarının sonlarında zimbabveli Munetsi fərqləndi. 71-ci dəqiqədə isə mərakeşli mərkəz müdafiəçisi Əbdelhəmid “qırmızı-ağlar”ın üstünlüyünü möhkəmlətdi.

“Renn” evdə inadkar “Nant”la qarşılaşdı. Artıq 5-ci dəqiqədə “bülbüllər”in yarımmüdafiəçisi Mutussami cərimə meydançasında qaydanı pozduğuna görə hakim penalti təyin etdi. “Nöqtə”yə yaxınlaşan Burijo şansı əldən vermədi. “Nant” fasilə ərəfəsində Çirivelyanın sayəsində hesabı bərabərləşdirdi. İlk yarıda meydanda bərabər mübarizə gedirdisə, fasilədən sonra “qırmızı-qaralar” açıq-aşkar rəqibi üstələyirdi. Düzdü, təhlükəli vəziyyətlərin sayı o qədər də çox deyildi. Hər halda, “Renn”in təzyiqi sonda bəhrə verdi. 71-ci dəqiqədə meydana çıxan Due az sonra qələbə topunu vurdu. Məhəmməd ard-arda iki sarı vərəqə aldığına görə “Nant” 77-ci dəqiqədə azlıqda qaldı. Final fiti ərəfəsində isə “Renn” penalti qazandı. Bu dəfə “nöqtə”yə artıq meydanda olmayan Burijo yox, Kalimuendo yaxınlaşdı və qapıçı ilə dueldən qalib ayrıldı.

Turun qalan oyunlarına gəlincə, “Havr” evdə “Lill”ə uduzdu. “Lans” “Strasbur”a minimal hesabla qalib gəldi, “Tuluza” evdə “Mets”i darmadağın etdi – 3:0. “Monpelye” də bu hesabla, ancaq səfərdə “Loryan”a qalib gəldi.

7-ci tur
Klermon – PSJ 0:0
(10757)
PSJ: Donnarumma, Pereyra, Şkrinyar, Markinyos, Hakimi, Vitinya (Zair-Emeri, 64), Ruis, Barkola (Ramuş, 64), Mbappe, Kolo Muani, Dembele.
Monako – Marsel 3:2
Akliuş, 8; 52. Baloqun, 23 – Ndiaye, 1. Jiqo, 18. (10200)
Monako: Ken, Maqassa, Maripan, Sinqo, Venderson, Zakariya (Kamara, 90+3), Fofana, Yakobs (Diatta, 75), Akliuş (Matazo, 75), Ben Yedder, Baloqun (Boadu, 83).
Marsel: Lopes, Jiqo, Mbemba, Kloss, Murilyo, Unai (Vitinya, 83), Veretu, Ronjye, Korrea (Sarr, 75), Obameyanq, Ndiaye (Arit, 48).
Nitsa – Brest 0:0
(32044)
Nitsa: Bulka, Bar, Dante, Todibo (Rosario, 68), Atal (Lotomba, 68), Sanson (Budaui, 68), Ndaişimay, Türam, Boqa, Moffi (Gessand, 83), Lyabord (Buanani, 74).
Strasbur – Lans 0:1
Vai, 16. (26001)
Reyms – Lion 2:0
Munetsi, 45. Əbdelhəmid, 71. (16477)
Havr – Lill 0:2
Jeqrova, 40. Salmye, 52-öz qapısına. (21919)
Tuluza – Mets 3:0
Şmidt, 31. Dallinqa, 43. Maqri, 82. (24770)
Loryan – Monpelye 0:3
Adams, 30; 89. Savanye, 71-p. (13492)
Renn – Nant 3:1
Burijo, 6-p. Due, 73. Kalimuendo, 90+5-p. – Çirivelya, 45. (27316)
1. Monako 7 4 2 1 18-10 14
2. Brest 7 4 2 1 8-6 14
3. Reyms 7 4 1 2 13-8 13
4. Nitsa 7 3 4 0 8-4 13
5. PSJ 7 3 3 1 14-6 12
6. Renn 7 2 5 0 13-7 11
7. Lill 7 3 2 2 10-9 11
8. Strasbur 7 3 1 3 7-9 10
9. Monpelye 7 2 3 2 12-9 9
10. Havr 7 2 3 2 10-9 9
11. Tuluza 7 2 3 2 9-8 9
12. Marsel 7 2 3 2 9-11 9
13. Nant 7 2 2 3 12-14 8
14. Mets 7 2 2 3 7-13 8
15. Lans 7 2 1 4 7-12 7
16. Loryan 7 1 3 3 10-15 6
17. Klermon 7 0 2 5 5-12 2
18. Lion 7 0 2 5 3-13 2
Bombardirlər: Mbappe (PSJ) – 7, Məhəmməd (Nant), Adams (Monpelye) – 5, Ben Yedder (Monako), Aliui (Havr) – 4.
Növbəti turun oyunları oktyabrın 6-8-i aralığında keçiriləcək: Strasbur – Nant, Mets – Nitsa, Reyms – Monako, Marsel – Havr, Brest – Tuluza, Lion – Loryan, Monpelye – Klermon, Lans – Lill, Renn – PSJ.


Turun rəqəmi

12 – ilk 7 turdan sonra bu qədər xal toplayan PSJ “Qatar Sports Investments”in əlinə keçəndən bəri ən pis startını reallaşdırıb. Parislilər sonuncu dəfə 2010/11 mövsümünə belə uğursuz başlamışdı. Onda Antuan Kombuarenin çalışdırdığı komandanın da ilk 7 turdan sonra 12 xalı var idi.

Turun ulduzu

Maqnes Akliuş (Monako) – gənc yarımmüafiəçi turun mərkəzi oyununun qəhrəmanı oldu. Dubl etməklə yanaşı, daim rəqib müdafiəsini gərginlikdə saxladı. “Knyazlar” zirvəyə qayıtdığına görə ilk növbədə Maqnesə minnətdar olmalıdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-09-2023, 20:0

“Knyazlar” zirvədədi, PSJ ilə “Marsel” onları təqib edir - TURUN ŞƏRHİ

Dünya futbolu

30-08-2023, 22:0

PSJ ilk qələbəsini qazandı, “Monako” ilk dəfə xal itirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

20-09-2023, 21:0

PSJ ilk məğlubiyyətini aldı – TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 22:0

PSJ və “Marsel” qələbə qazana bilmədi – TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 15:0

PSJ-ni çempionluqdan 1 xal ayırır - TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 19:0

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə