“Mançester Yunayted”də iki ciddi itki

27.08.2023 23:51 231
Dünya futbolu
“Mançester Yunayted”in iki oyunçusu uzun müddətə sıradan çıxıb. Onlardan biri komandanın aparıcı müdafiəçisidi.

"Football-plus.az" xəbər verir ki, Lük Şou məşqdə əzələ zədəsi alıb. Onun bu səbəbdən bir neçə ay futbolsuz qalacağı güman olunur. 28 yaşlı futbolçu yeni mövsümdə premyer-liqanın hər iki oyununda 90 dəqiqə meydanda olmuşdu.

Artıq MY-nin yeni oyunçularından birinin aqibəti müəyyənləşib. Premyer-liqanın “Tottenhem”lə son matçında (0:2) zədələnən Meyson Maunt uzun müddət oynaya bilməyəcək. Müayinə nəticəsində onun dizaltı vətərinin zədələndiyi məlum olub. İngilis yarımmüdafiəçinin bu səbəbdən təxminən 6 həftə futbolsuz qala biləcəyi ehtimal edilir.