"Everton"da ciddi itki

8.01.2023 20:51 262
Dünya futbolu
"Everton"da ciddi itki baş verib.

Football-plus.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Frank Lempard açıqlayıb. O, İngiltərə kubokunun 3-cü turunun "Mançester Yunayted"lə görüşündə (1:3) yarımmüdafiəçi Aleks İvobinin zədələndiyini bildirib. Futbolçuya topuq oynağının bağları sıradan çıxıb. İvobi ən azı 3 həftə yaşıl meydanlardan kənar qalacaq.