"Qarabağ"da ciddi itki: əsas heyət üzvü ili başa vurdu

7.12.2022 11:42 965
Premyer-liqa / Manşet
Premyer-liqanın 16-cı turunun "Neftçi" - "Qarabağ" (0:4) görüşündə Kevin Medina zədələnərək oyunu tərk etmişdi.

Football-plus.az xəbər verir ki, kolumbiyalı müdafiəçinin durumu bəlli olub. "Köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin saytımıza açıqlamasında 29 yaşlı müdafiəçinin 4 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirdi:

"Futbolçunun əzələsində 2-ci dərəcəli dartılma aşkarlanıb. 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Müdafiəçi qış fasiləsindən sonra komandaya kömək ola biləcək".


İLKİN SULTANLI