Azərbaycan klubu İspaniyaya bu tarixdə gedəcək - ÖZƏL

12.11.2023 23:00 418
Aktual / İdman
Çağırış kubokunun 1/16 final mərhələsinin ilk oyununda "Avarka de Menorka"nı Bakıda məğlub etməyi bacaran "Azərreyl"in İspaniya səfərinin tarixi bəlli olub.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, "dəmiryolçular" sabah səhər paytaxtdan Barselonaya yola düşəcək. Burdan isə axşam saatlarında matçın keçiriləcəyi Menorkaya çatacaq. Komandamızın İspaniyada ilk məşqi noyabrın 14-ü axşam oyunun keçiriləcəyi arenada olacaq. Təmsilçimiz burdakı "Saqitariya Plaza" otelində məskunlaşacaq.


Qeyd edək ki, "Menorka" - "Azərreyl" görüşü noyabrın 15-də, Bakı vaxtıilə saat 22.00-da başlayacaq. Komandamız ilk matçda rəqibini 3:1 (23:25, 25:15, 25:19, 25:23) məğlub edib.


CAVİD ƏLİYEV