İspaniyalılar Zəfər Günü burda olacaq

4.11.2023 13:51 361
İdman / Manşet
"Azərreyl"in Çağırış kubokunun 1/16 final mərhələsindəki rəqibi "Avarka de Menorka"nın Bakıya gələcəyi tarix bəlli olub.

"Football-plus.az"ın əldə etdiyi bilgiyə görə, İspaniya təmsilçisi noyabrın 8-dən 9-na keçən gecə paytaxtımızda olacaq. Qonaqlar Dərnəgüldəki Voleybol Mərkəzinin otelində yerləşəcək.

Xatırladaq ki, Azərbaycan çempionu "Avarka de Menorka" ilə noyabrın 9-da, saat 19.00-da Dərnəgüldəki Voleybol Mərkəzində üz-üzə gələcək. İkinci oyunu isə noyabrın 15-nə təsadüf edəcək. İspaniyadakı görüş Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

CAVİD ƏLİYEV