Son ölkə çempionu "Azərreyl"in Çağırış kubokundakı rəqibi "Balta"nın Bakıya səfər planı bəlli olub.
"Football-plus.az"ın əldə etdiyi bilgiyə görə, Ukrayna təmsilçisi oktyabrın 16-da paytaxtımıza təşrif buyuracaq. Qonaqlar oyunun keçiriləcəyi Dərnəgüldəki arenanın otelində məskunlaşacaq.
Daha əvvəl də məlumat verdiyimiz kimi, 1/32 final mərhələsinin hər iki oyunu tərəflərin razılığına əsasən Bakıda keçiriləcək. Komandamız oktyabrın 17-də ev sahibi kimi rəqibini qəbul edəcək. Bir gün sonra "Balta" nominal meydan sahibi olacaq. Oyunların başlama saatı 20.00-dı.
FİBA Avropa kubokunun müntəzəm çempionatına vəsiqə qazanan "Sabah" ilk oyunu səfərdə "Mornar"a qarşı keçirəcək. Artıq komandamızın səfər planı da məlumdu. "Tələbələr" oktyabrın 16-sı səhər Monteneqroya yola düşəcək və axşam saatlarında paytaxt Podqoritsaya çatacaq. Boban Mitevin kollektivi ordan avtobusla oyunun keçiriləcəyi Bar şəhərə yollanacaq. Qarşılaşmda oktyabrın 18-i, Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
CAVİD ƏLİYEV