Noyabrın 9-da qadın voleybolçulardan ibarət "Azərreyl" komandası Çağırış kubokunun 1/16 final mərhələsinin ilk oyununda İspaniya "Avarka de Menorka"sını Bakıda məğlub etməyi bacardı - 3:1 (23:25, 25:15, 25:19, 25:23).
İspaniya təmsilçisinin baş məşqçisi Bep Lorens Markes oyunla bağlı fikirlərini "Football-plus.az" saytı ilə bölüşdü:
"Bakıdakı oyunun çətin keçəcəyini bilirdik. Həm də "Azərreyl" heyətini daha iki əcnəbi oyunçu ilə gücləndirib. Rəqibin hücumda daha çox imkanları var. Lakin bir çox məqamda biz də yaxşı idik. Əminəm ki, İspaniyada Azərbaycan təmsilçisi üçün daha çətin komada olacağıq. İndi rəqibin önəmli oyunçularına qarşı necə oynayacağımızı planlaşdırırıq. Mən həmişə komandama güvənirəm. Hazırda üstünlük "dəmiryolçular"dadı. Ancaq inanıram ki, biz bu mərhələni adlaya bilərik".
CAVİD ƏLİYEV