“Tottenhem” aparıcı oyunçularından birini itirib.
"Football-plus.az" xəbər verir ki, Rişarlison uzun müddət komandasına kömək edə bilməyəcək. London klubunun mətbuat xidmətinin məlumatına görə, Braziliya millisinin hücumçusu tezliklə qasıq nahiyəsindən əməliyyat ediləcək. Hələlik onun sıraya nə vaxt dönə biləcəyinə aydınlıq gətirilmir.
26 yaşlı Rişarlison bu mövsüm “Tottenhem”də 11 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.